Mədəniyyət
28 iyun 2020
48
Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Almaniyada çap olunub
Milliinfo.az
Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Almaniyada çap olunub.
AZƏRTAC xəbər verir ki, türkoloq Herman Kielin tərcüməsində işıq üzü görən romanın redaktoru Almaniyada yaşayan həmyerlimiz, yazıçı-araşdırmaçı Orhan Arasdır. "Amazon", “Booklooker”, “Epubli” kimi böyük kitab satış saytlarında "Das Tal Der Magier" adı ilə yer alan əsər "PEM" və "Epubli" nəşriyyatlarında yayımlanıb.
Alman naşirlər romanı "Şərqin sirləri Kamal Abdullanın zəngin dili və özünəxas fəlsəfi izah tərziylə Qərb oxucusunu əfsunlamağa davam edəcəkdir” təqdimatı ilə oxucuların ixtiyarına veriblər.
Kitabın redaktoru Orhan Arası isə “Sehrbazlar dərəsi”nin təqdimatını belə verib: “Hər səhifəsində, hər sətrində bizim keçmişimizdən və ruhumuzda gizli qalan düşüncələrdən səs, ahəng və fikir olan belə bir romanın almanca nəşri ədəbiyyatımıza yeni bir zənginlik qatacaqdır”.
İlk dəfə 2006-cı ildə Bakıda oxuculara təqdim olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəylə bitən sirli görüşündən bəhs edir.
İtaliyalı professor, məşhur şərqşünas alim və yazıçı Franko Kardini, romanın fransız dilinə tərcüməçisi Daniyet Rottenberq, rusiyalı alim Lyudmila Lavrova, rumıniyalı ədəbiyyatşünas Lyudmila Bejenaru, professor Aydın Talıbzadə və başqaları roman haqqında yüksək fikirlər söyləyiblər.
İtaliyanın Florensiya Universitetinin professoru Franko Kardini roman haqqında fikirlərini bu şəkildə bildirib: “Nadir hallarda ola bilər mən hansısa kitaba görə yuxusuz qalım. Dostum və həmkarım Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı ilə də məhz belə oldu, bütün gecəni gözüaçıq keçirdim. Bu roman sanki bir meditasiya növüdür, bir ismarışdır, bəlkə də bir etirafdır. Sanki hər birimizin dəruni avtobioqrafiyasıdır”.
Qeyd edək ki, “Sehrbazlar dərəsi” romanı Türkiyədə (2010), Rusiyada (2010, 2013, 2016), Litvada (2013), Qazaxıstanda (2013), Fransada (2013), Yaponiyada (2013), İranda (2014), ABŞ-da (2015), İtaliyada (2016), Rumıniyada çap olunub və bu ölkələrdə böyük təqdimat mərasimi keçirilib. Almaniya romanın çap olunduğu 11-ci ölkədir.

Daha çox xəbər:
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı gürcü dilində nəşr olunub
MədəniyyətİŞİD tərəfindən edam edilənlərin atıldığı «Dəhşət dərəsi»nin görüntüləri yayımlanıb
Hadisə / DünyaAlmaniyada koronavirus peyvəndi klinik testlərdən keçdi
Dünya / SəhiyyəDİM-dən buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərə MÜRACİƏT
TəhsilAlmaniyada azərbaycanlılarla ərəblər arasında dava düşdü
Hadisə