Mədəniyyət
01 may 2019
101
Taleh Yüzbəyov: “Vaqif Mustafayev “Space”i məhv edir”

Aktyor Taleh Yüzbəyov "Youtube”da yayımlanan "Əyrixətt” layihəsinin qonağı olub.
BEŞ.AZ xəbər verir ki, o, sualları cavablandırarkən rejissor Vaqif Mustafayev haqda da danışıb və onun "Space” TV-dəki fəaliyyətinə toxunub. Taleh Yüzbəyov bildirib ki, Vaqif Mustafayevin yeri "Space” deyil:
"Aktyoru səhnədən başqa hər şey məhv edir. Nəinki aktyorları, həmçinin rejissorları da. Məsələn, görürsən ki, böyük rejissordur, kanal rəhbəri olur, oranı məhv edir. Vaqif Mustafayev mənim üçün Azərbaycan rejissorları arasında pikdir, zirvədə olan insandır. "Space” kanalında isə Vaqif müəllim bir o qədər də xidmət göstərə bilmir. Mənim onun haqda danışmağım bir az pis çıxır. "Space” kanalı hazırda ən yaxşı kanallarımızdan deyil. Bu da Vaqif Mustafayevin idarəçilik dövrünə düşür. Aktyorun, rejissorun yeri kabinet deyil. Sən yaradıcı insansansa, öz işinlə məşğul olsan daha faydalı olar. Bəlkə də insanları məhv etmək üçün onlara vəzifə vermək lazımdır”.

Daha çox xəbər:

Azərbaycanda insanı sarsıdan olay: qaraciyərini atasına verdi və 1 il sonra... - FOTO/VİDEO
Video
Bu "plonka"ların 150 manat cəriməsi var - DYP-dən sürücülərə xəbərdarlıq
Gündəm
Pekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub
Siyasət
13 İL ARAMIZDA OLMASADA QƏLBLƏRDƏ DAİMA YAŞAYAN ƏLİABBAS QƏDİROVUN ƏZİZ XATİRƏSİNƏ.
Mədəniyyət / Video
Aparıcı Vaqifin keçmiş həyat yoldaşı Samirə TANINMAZ HALDA - VİDEO
Şou