Mədəniyyət
11 may 2019
104
Bu müəlliflərin əsərləri və 11 film dövlət varidatı elan olundu - SİYAHI
Baş nazir Novruz Məmmədov “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın təsdiq edilməsilə ilə bağlı qərar imzalayıb. Nazirlər Kabinetinin qərarına əsasən, 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etmək tapşırılıb.
Beş.az əsərləri dövlət varidatı elan edilən müəlliflərin və filmlərin siyahısını təqdim edir:
Əsərləri dövlət varidatı elan edilən müəlliflər:
1. Qətran Təbrizi
2. Məhsəti Gəncəvi
3. Əfzələddin Xaqani
4. Nizami Gəncəvi
5. Qazi Bürhanəddin
6. İmadəddin Nəsimi
7. Aşıq Qurbani
8. Şah İsmayıl Xətai
9. Məhəmməd Füzuli
10. Aşıq Abbas Tufarqanlı
11. Molla Pənah Vaqif
12. Molla Vəli Vidadi
13. Qasım bəy Zakir
14. Mirzə Fətəli Axundzadə
15. Həsən bəy Zərdabi
16. Seyid Əzim Şirvani
17. Xurşidbanu Natəvan
18. Mirzə Ələkbər Sabir
19. Nəcəf bəy Vəzirov
20. Aşıq Ələsgər
21. Cəlil Məmmədquluzadə
22. Əbdürrəhim bəy Haqverdiyev
23. Cəfər Cabbarlı
24. Əhməd Cavad
25. Mikayıl Müşfiq
26. Əhməd bəy Ağayev
27. Əli bəy Hüseynzadə
28. Nəriman Nərimanov
29. Məmməd Səid Ordubadi
30. Hüseyn Cavid
31. Əzim Əzimzadə
32. Yusif Vəzir Çəmənzəminli
33. Üzeyir Hacıbəyov
34. Səməd Vurğun
35. Əliağa Vahid
Dövlət varidatı elan edilən filmlər:
1. “Sevil ” (1929-cu ildə çəkilmişdir)
2. “Lətif ”( 1930-cu ildə çəkilmişdir)
3. “İsmət”(1934-cü ildə çəkilmişdir)
4. “Mavi dənizin sahilində” 1935-ci ildə çəkilmişdir)
5. “Almaz”(1936-cı ildə çəkilmişdir)
6. “Bakılılar”(1938-ci ildə çəkilmişdir)
7. “Kəndlilər ”(1939-cu ildə çəkilmişdir)
8. “Səbuhi”(1941-ci ildə çəkilmişdir)
9. “Bir ailə”(1943-cü ildə çəkilmişdir)
10. “Arşın mal alan” (1945-ci ildə çəkilmişdir)
11. “Görüş” (1955-ci ildə çəkilmişdir).
Daha çox xəbər:
Bu şəxslərin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək
SiyasətABŞ “Müsəlman qardaşlığı”nı terrorçu qruplaşma elan edəcək
DünyaBu qaydaları pozmaq olmaz – DYP-dən SƏRT XƏBƏRDARLIQ
SosialÖLKƏ Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
Mədəniyyətİran geri çəkilmədi, İsrail müharibə elan etdi - Dəhşətli döyüşlər BAŞLAYIR
Dünya