Səhiyyə
14 may 2019
53

Arıqlamaq istəyənlərə qadağan edilən 5 qida - SİYAHI

Arıqlamaq istəyənlərə qadağan edilən 5 qida - SİYAHI

Arıqlamağı qarşısına məqsəd qoyanlar təkcə az yemək yox, həm də arıqlamağa mane olan qidaları bilib, tamam uzaq durmaq lazımdır.

Beş.az medicina.az-a istinadən arıqlamaq istəyən insanlara dietoloqların qadağan etdiyi 5 məşhur qidanın siyahısını təqdim edir:

1.Bulka, baton, ağ çörək, ağ makaron, blinlər

Bu məmulatlar qanda şəkərin miqdarını sürətlə artırıb, qarın bel nahiyəsində artıq piy toplanmasına səbəb olur. İdman edən, pəhriz saxlayan insanlar bu ərzaqlardan uzaq dursun. Un məmulatı yulaf, qarabaşaqdan ola bilər. İkinci yeməkləri çörəksiz yeyin.

2. Azkalorili, dietik şirin,qazlı içkilər

Qazlaşdırılmış istənilən içki, hətta üstündə 0 kalori, dietik, meyvəli yazılsa belə, sizə fayda verməyəcək. Bu içkilər köp yaradır, qaraciyəri yükləyir, qanda şəkəri artırır, bədəndə artıq piyə çevrilir.

İçkilərə vurulmuş qaz həzmi sürətləndirir, ona görə insan tez acıyır.
Ürəyinizdən fərqli, dadlı içki keçirsə,zəncəfilli, nanəli içki, mors, kompot, kokteyl içə bilərsiniz.

3. Hisə verilmiş ət və balıq məhsulları

Həftəyə 1-2 dilim kolbasa, 1-2 ədəd sosis belə çəkini artırır, iştahı yüksəldir, insanı yeməyə məcburedir. Bu məhsullar qanda pis xolesterini qaldırır, maddələr mübadiləsini zəiflədir, mədəaltı vəzə mənfi təsir edir.

Meyliniz çəkirsə, ildə 3-4 dəfə az miqdarda yeyə bilərsiniz.
Kolbasa seçərkən toyuq tərkibli olsun, çünki onda yağ, piy azdır.

4. Mayonez

Salat yeyirəm, arıqlayacam düşünənlər, o salatda mayonez, yağlı xama varsa, eləcə də restoranlarda kartof frini mayonezə batırıb yeyirsizsə, arıqlamaqdan söhbət gedə bilməz.

100 qr mayonezdə 700 kkal enerji var. Salatları zeytun yağı və digər souslarla dadlandırın.

5. Bütün konditer-qənnadı məhsulları

Arıqlamaq istəyən təkcə tort, pirojnadan yox, konfet, zefir, marmelad- bir sözlə, mağazalarda satılan bəzəkli, şirin nə varsa, imtina etməlidir.
Sizə yalnız tünd acı şokolad yetərlidir. Şirniyyatı günün birinci yarısı yeməlisiz. Əgər günə 2-3 konfet yeyirsizsə, arıqlama prosesi xeyli yavaşıyacaq.
Çayı yalnız quru meyvələrlə içə bilərsiz.