Səhiyyə
17 noyabr 2022
13
Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb
Beynəlxalq Paralimpiya Komitəsinin Berlində keçirilən növbədənkənar Baş Assambleyasında Rusiya Paralimpiya Komitəsinin təşkilata üzvlüyünü dayandırıb.
Bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qərarın lehinə 64 nümayəndə, əleyhinə 39 səs verib, 16 üzv bitərəf qalıb.
“Berlində keçirilən Fövqəladə Baş Assambleyada Beynəlxalq Paralimpiya Komitəsi üzvləri qurumun nizamnaməsinə uyğun olaraq üzvlük öhdəliklərini yerinə yetirə bilmədiyi üçün Rusiya Paralimpiya Komitəsinin fəaliyyətinin dərhal dayandırılması təklifinin lehinə səs verdilər. Bununla bağlı Rusiya Paralimpiya Komitəsi apellyasiya hüququ istisna olmaqla, Beynəlxalq Paralimpiya Komitəsinə üzvlük hüququnu itirir.
Apellyasiya şikayəti müsbət nəticə vermədikdə, üzvlüyə dayandırmanı yalnız Baş Assambleya ləğv edə bilər. Assambleyanın növbəti ümumi yığıncağı çox güman ki, 2023-cü ilin dördüncü rübündə baş tutacaq”, - məlumatda deyilir.
Beynəlxalq Paralimpiya Komitəsi həmçinin çərşənbə günü Belarus Paralimpiya Komitəsinin öhdəliklərini yerinə yetirə bilmədiyi üçün üzvlüyünü dayandırıb. Qərarın lehinə 54 nümayəndə, əleyhinə 45 səs verib, 14 üzv bitərəf qalıb.
Mənbə: TASS
Daha çox xəbər: