Siyasət / Gündəm
16 fevral 2023
0
Ceyhun Bayramov və Çavuşoğlu zəlzələ ilə bağlı vəziyyəti müzakirə etdi
Fevralın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, telefon danışığı zamanı Türkiyədə böyük insan tələfatı və güclü dağıntılara səbəb olan zəlzələ nəticəsində zərərçəkmiş əhalinin xilas olunması, humanitar yardım göstərilməsi istiqamətində aparılan əməliyyatların və işləri üzrə son vəziyyəti müzakirə edilib.
Baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı bir daha başsağlığı diləklərini çatdıran nazir Ceyhun Bayramov zəlzələ nəticəsində xəsarət almış şəxslərə şəfa diləyib.
Nazir Azərbaycanın hər zaman olduğu kimi bu çətin günlərdə də qardaş Türkiyənin yanında olduğunu, baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində öz dəstəyini davam etdirəcəyini bildirib.
O, qardaş Türkiyənin bu ağır sınaqdan da üzüağ çıxacağına dair inamını əminliklə ifadə edib.
Telefon danışığı zamanı Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu həmçinin zəlzələ bölgəsində son vəziyyət, xilasetmə əməliyyatlarının gedişatı barədə ətraflı məlumat verib.
Telefon danışığı zamanı həmçinin, bölgədə mövcud vəziyyət, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha çox xəbər:
Ceyhun Bayramov və Çavuşoğlu dağıntılar olan ərazidə - YENİLƏNİB
Gündəm / SiyasətXİN-dən Ceyhun Bayramovun Kahramanmaraş səfərinin yekunlarına dair MƏLUMAT
Gündəm / SiyasətCeyhun Bayramov Çavuşoğlu ilə yanğınları müzakirə etdi
Gündəm / CəmiyyətCeyhun Bayramov Çavuşoğlu ilə danışdı
Gündəm / SiyasətCeyhun Bayramov Çavuşoğlu ilə GÖRÜŞDÜ
Gündəm / Siyasət