Siyasət / Cəmiyyət
20 aprel 2020
23
Prezidentə minnətdarlıq məktubları: "Görülən bütün tədbirləri alqışlayır və dəstəkləyirik"
Milliinfo.azPrezidentə minnətdarlıq məktubları: "Görülən bütün tədbirləri alqışlayır və dəstəkləyirik"
Koronavirus pandemiyasının Azərbaycanda yayılmasına qarşı görülən tədbirlərə, virusa yoluxanların müalicəsinə, sahibkarlara, sosial həssas ailələrə, eləcə də sadə insanlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə vətəndaşlar tərəfindən minnətdarlıq məktubları gəlməkdə davam edir.
ONA məktublardan bir neçəsini təqdim edir:
“Çox hörmətli cənab Prezident.
Nə yaxşı ki, Siz bizim ölkəmizin - Ulu Öndərimizin memarı olduğu müasir Azərbaycanımızın rəhbərisiniz. Nə yaxşı ki, bu çətin anlarda bizim arxamızdasınız, güvən yerimizsiniz. Burada bir deyim yada düşür: “Yaxşı ki, dünyada yaxşı var imiş, yoxsa tərk olardıq yaman əlindən”. Çətin anlarda, xalqın ağır günlərində onun yanında olmaq, onun taleyini düşünərək qabaqlayıcı tədbirlər görmək - bütün bunlar Sizə xas olan xüsusiyyətlərdir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətində o qədər yaxınlıq, istilik duyulurdu ki, sanki ana qayğısı, bacı mərhəməti, nənə şəfqəti idi.
Mən bir sadə vətəndaş, bir müəllim olaraq bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm.
Hörmətlə,
Hüseynova Gülnar Müşfiq qızı.
Azərbaycan Respublikası, Gəncə şəhəri”.
“Çox hörmətli Prezident.
Ölkəmizdə aparılan işlər, görülən tədbirlər bir vətəndaş olaraq bizi qürurlandırır. Biz əminik ki, Azərbaycan xalqının sağlamlığının qorunması sahəsində apardığınız məqsədyönlü tədbirlər tezliklə ölkəmizin koronavirus xəstəliyindən qurtulmasına imkan verəcəkdir. Bu sahədə aparılan işlər Sizin birbaşa rəhbərliyiniz və tapşırıqlarınızla həyata keçirilir. Siz hər bir vətəndaşın sağlamlığını düşünürsünüz. Sizin göstərişlərinizlə görülən bütün tədbirlər hər bir vətəndaşın sağlamlığının təmin olunmasına xidmət edir. Biz bunu yaxşı başa düşürük və bu mübarizədə daim Sizinlə həmrəyik.
Cənab Prezident, bu yolda Sizə uğurlar, cansağlığı arzu edirik. Ulu Tanrı Sizi qorusun. Biz hər zaman Sizinləyik.
Hörmətlə,
Əsgərova Nurcamal Nurəddin qızı.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri”.
“Hörmətli Prezidentim.
Sizin dövlətimiz üçün apardığınız islahatlar, xarici siyasətiniz və xalqımızın rifahı naminə gördüyünüz işlər bizim tərəfimizdən həmişə alqışlanmışdır. Bu gün isə bu çətin vəziyyətdə xalqımızın pandemiyadan qorunması naminə gördüyünüz qabaqlayıcı tədbirlər Sizin nə qədər uzaqgörən və millətini sevən bir rəhbər olduğunuzu bir daha göstərdi. Biz Sizinlə fəxr edirik və qürur duyuruq.
Dərin hörmətlə,
İbrahimova Sevil Fərrux qızı
Azərbaycan Respublikası, Şəki şəhəri”.
“Hörmətli cənab Prezident.
Dünyanı cənginə alan COVİD-19 pandemiyası, təəssüf ki, Azərbaycandan da yan keçmədi. Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil olunmuş, qısa zaman ərzində əhalinin qorunması ön plana çəkilmişdir. Ulu öndər Heydər Əliyevin siyasətini qoruyub saxladığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi və ailənizi qorusun. Əminik ki, gələcəkdə də bütün addımlarınızı xalqın rifahı naminə atacaqsınız. Sizə sonsuz təşəkkür edirəm. Biz Sizinlə fəxr edirik. Sizə və ailənizə möhkəm cansağlığı arzu edirik.
Dərin hörmətlə,
Hacıyeva Bahar Ənvər qızı
Azərbaycan Respublikası, Şəmkir rayonu, Zəyəm qəsəbəsi”.
“Çox hörmətli Prezidentimiz.
Sizə və ailənizə cansağlığı arzu edirəm. Çox sağ olun ki, bu çətin günlərdə bizlərə dəstəyinizi əsirgəmirsiniz. İşə çıxmasaq belə əməkhaqlarının ödənilməsi, səhiyyə işçilərinə böyük dəstəyiniz, tələbələrin təqaüd və təhsil haqlarının ödənilməsi, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması üçün edilən maddi yardımlara görə bütün gənclər adından Sizə və Mehriban xanıma təşəkkürümü bildirirəm. Çox sağ olun, cənab Prezident. Allah Sizləri, övladlarınızı, gözəl nəvələrinizi qorusun. Mən Sizi çox istəyirəm. Siz çox yaxşı insan və dövlət başçısısınız.
Dərin hörmətlə,
Əliyeva Aysel Nazim qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi”.
“Çox hörmətli cənab Prezident.
Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmaması üçün Sizin rəhbərliyinizlə görülən ardıcıl və məqsədyönlü tədbirlər Qarabağ müharibəsi əlili olaraq məni çox sevindirir. Ölkəmizdə və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən bu tədbirlər Sizin uğurlu siyasətinizin mərkəzində insan amilinin, insana və vətəndaşa yüksək qağının dayandığını əyani şəkil sübut edir.
Əziz Prezidentimiz, xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin 1990-cı illərdə müstəqilliyimizi, dövlətçiliyimizi, xalqımızı faciələrdən qoruduğu kimi, Siz də bu gün xalqımızı çox böyük bəladan qoruyur, hər bir vətəndaşın sağlamlığının qayğısına qalırsınız.
Çox hörmətli Prezidentimiz, inanırıq ki, Sizin və ölkəmizin Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə xalqımız bu bəladan da uğurla çıxacaqdır. Gördüyünüz misilsiz işlərə görə Sizə və Mehriban xanıma minnətdarlığımı bildirirəm.
Torpaqlarımızın düşmən işğalından azad edilməsi, ölkəmizin daha da inkişafı yolunda biz - müharibəsi veteranları daim Sizinləyik. Uca Allah Sizi qorusun.
Dərin hörmətlə,
İsrafilov Saleh Gülağa oğlu.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Liman şəhəri”.
“Möhtərəm cənab Prezident.
Hazırda dünyada tüğyan edən koronavirus epidemiyası bütün ölkələr kimi, bizim də iqtisadiyyatımıza, maliyyə sistemimizə öz təsirini göstərib. Lakin Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən tədbirlər həm iqtisadiyyatımızın, həm də maliyyə sistemimizin böhrandan xilas olmasına, eləcə də xalqımızın bu pandemiyadan maksimum qorunmasına gətirib çıxarıb. Nəhəng dövlətlərin virus qarşısında aciz qaldığı, vətəndaşını qoruya bilmədiyi bir zamanda məhz Sizin qabaqlayıcı tədbirləriniz sayəsində bizlər çox arxayınıq və rahatlıqla öz həyatımızı yaşayır, pandemiyadan maksimum şəkildə qorunur, daha az zərər görürük. Dövlətimizin həyata keçirdiyi tədbirlər sayəsində insanlarımızın sağlamlığının qorunması üçün ölkəmizdə münbit şərait yaradılıb.
Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün xalqımızın həmrəylik şüarına çevrilib. Hər bir vətəndaşımız Sizin nəcib və nümunəvi addımınza həmrəylik göstərərək, xalq-iqtidar birliyini nümayiş etdirib ölkəmizin bu böyük bəladan qurtulması, eləcə də vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması naminə əlindən gələni əsirgəmir.
Möhtərəm cənab Prezident, bizim rahatlığımız və sağlamlığımız üçün verdiyiniz hər bir qərarda vətəndaşlarımızın sosial vəziyyətini düşündüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Verdiyeva Gülarə Eyvaz qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu”.
“Möhtərəm cənab Prezident.
Yeni növ koronovirus infeksiyasının yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, vaxtında atılan addımlara, insanların sağlamlığını, təhlükəsizliyini, rahatlığını və rifahını hər şeydən üstün tutduğunuza görə Sizə minnətdarıq. Azərbaycan vətəndaşlarına göstərdiyiniz qayğı ilə bunu bir daha nümayiş etdirdiniz. Biz Zeynallılar ailəsi gördüyünüz bütün işlərə, ölkəmiz və xalqımız üçün göstərdiyiniz tarixi xidmətlərə görə Sizə və Birinci xanım Mehriban Əliyevaya sonsuz minnətdarlığımızı bildiririk. Allah Sizləri qorusun, cənab Prezident.
Dərin hörmətlə,
Zeynallı Mirkamal Mirdamət oğlu
Zeynallı Rəmayə Hüseyn qızı
Azərbaycan Respublikası, Saatlı rayonu”.
“Hörmətli cənab Prezident.
Bu gün dünya gözlə görünməyən düşmənlə üz-üzədir. Koronavirus pandemiyası demək olar ki, bütün dünyanı əhatə edib və iflic vəziyyətinə salıb.
Cənab Prezident, Azərbaycan əhalisini koronavirus təhlükəsindən qorumaq üçün Siz ilk gündən etibarən çevik qərarlar qəbul etdiniz və qabaqlayıcı tədbirlər gördünüz. Sizin çox uzaqgörən, mühüm və düşünülmüş qərarlarınız bizi bu gün faciə ilə üzbəüz qalan və ondan əziyyət çəkən inkişaf etmiş ölkələrin taleyindən xilas etdi. Həmişə olduğu kimi, bu ağır dövrdə də Siz sadə vətəndaşların yanındasınız və öz qayğınızı heç kimdən əsirgəmirsiniz. Biz Sizə inanırıq.
Biz əminik ki, koronavirusa qarşı mübarizədə Sizin qəbul etdiyiniz həlledici qərarlar insanlarımıza bu bəladan az itkilərlə qurtulmağa yardım edəcək. Biz buna görə Sizə minnətdarıq. Məsuliyyətli işinizdə Sizə səbir və qüvvət arzulayırıq.
Allahdan Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı arzu edirəm. Azərbaycan xalqı daim Sizinlədir. Biz Sizi çox sevirik.
Hörmətlə,
Əhməd Şəhriyar.
Azərbaycan Respublikası, Xaçmaz rayonu”.
“Hörmətli cənab Prezident.
Sizin gördüyünüz bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı Sizin üçün hər şeydən üstündür. Bunu hər bir Azərbaycan vətəndaşı görür və qiymətləndirir.
Siz Azərbaycanın milli-mənəvi və tarixi dəyərlərini, ənənələrini yaşatmaqla xalqımızın çoxəsrlik köklərə malik olan xeyriyyəçilik və mərhəmət ənənələrini də təbliğ edirsiniz.
Tərəfinizdən koronavirus pandemiyasının qarşısının alınması üçün görülən bütün tədbirləri alqışlayır və dəstəkləyirik. Biz Sizinlə güclüyük.
Hörmətlə,
Bayramova Şəfəq
Qənbərov Fəqani
Azərbaycan Respublikası, Daşkəsən rayonu, Qaraqollar kəndi”.
“Hörmətli cənab Prezident.
Tapşırığınıza əsasən koroinavirus infeksiyasına qarşı tədbirlər çərçivəsində həssas təbəqəyə xüsusi diqqət yetirilməsi bizim heç bir halda tək olmadığımızı göstərir. İndiki şəraitdə bizə sahib çıxdınız, bütün təbəqələrə dəstək verdiniz, hamıya kömək etdiniz. Bu qayğının və qətiyyətli mövqeyinizin sayəsində xalqımız bütün çətinliklərin öhdəsindən uğurla gələcək.
Sizin çağırışlarınıza cavab olaraq xalqımız əsrlər boyu yaratdığı gözəl ənənələri bu gün nümayiş etdirir. Həkimlərimiz, polislərimiz səfərbər olub gecə-gündüz çalışır, bütün bölgələrdə hamı birləşib aztəminatlı ailələrə yardım edir. Hər gün aldığımız xəbərlər zəhmətinizin səmərə verəcəyindən, yaxın günlərdə çətinliyin arxada qalxacağından xəbər verir.
İstirahət etmədən çalışdığınıza görə Sizə minnətdarlığımızı bildirir, yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Allahverdiyev Cabir Əsgər oğlu
Hacıyev Cəmil Allahverən oğlu
Azərbaycan Respublikası, Ağdam rayonu, Çəmənli kəndi”.

Daha çox xəbər:
Aydın Hüseynov: Həyata keçirilən tədbirlər dövlətimizin hər zaman xalqın yanında olduğunu bir daha təsdiqləyir
SiyasətDini konfessiya rəhbərləri: Möhtərəm Prezident, əminik xalq-dövlət birliyi sayəsində Azərbaycan bu sınaqdan tezliklə uğurla çıxacaq
Siyasət“Çoxları dövlət vəsaitini şəxsi vəsaiti kimi xərcləyib”
SiyasətBirinci vitse-prezident Mehriban Əliyeva: "Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq" - FOTO
İqtisadiyyatAdil Əliyev: “Prezident və Birinci vitse-prezident Tovuz hadisələrinin ilk günündən xalqın yanında olublar”
Siyasət