Siyasət / Gündəm
02 mart 2023
0
Türkmənistan prezidenti Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrə müraciət edib
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanda Qoşulmama Hərəkatına üzv ölkələrə müraciət edib.
Sərdar Berdiməhəmmədov, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxış edərkən deyib ki, onlar sabitliyin və sülhün təmin edilməsi istiqamətində səylərini səfərbər etməlidirlər:
“Bu istiqamətdə işlərin görülməsi çox önəmlidir. Qarşılıqlı hörmət, həmrəylik və BMT-nin Əsasnaməsində qeyd edildiyi kimi siyasi və hüquqi bir təməl olaraq da müasir dünya arxitekturasının qurulması istiqamətində işlər görülməlidir”.
“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini bir daha təqdirəlayiq hesab edirəm. Bununla bağlı Azərbaycana minnətdarlığımı bildirirəm”, - deyə dövlət başçısı qeyd edib.
Daha çox xəbər:
"Azərbaycan Qoşulmama Hərəkatının Zirvə Görüşünə ev sahibliyi edəcək" - Prezident
Gündəm / Siyasət“Pandemiya şəraitində həmrəylik vacibdir” - İlham Əliyev
SiyasətQoşulmama hərəkatı dövlət başçılarının video konfransına keçiriləcək
Gündəm / Siyasət / DünyaBMT: “Qoşulmama Hərəkatına sədrlik etdiyi üçün Azərbaycana təşəkkür edirik”
Gündəm / Siyasətİlham Əliyev: “Fransanı qanlı müstəmləkə cinayətlərinə, soyqırımı aktlarına görə üzr istəməyə çağırırıq”
Gündəm / Siyasət