Siyasət / Dünya
27 aprel 2020
27
Angela Merkel: Hətta Pasxada belə təhlükəni yaddan çıxarmaq olmaz
Milliinfo.az
Bu həftənin çərşənbə günü Almaniya federal hökuməti bəzi məhdudiyyətlərin götürülməsinə dair məsələyə baxmağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bununla belə kansler Angela Merkel bu vəziyyətdən arxayınlaşmamaq barədə xəbərdarlıq edib.
O, Almaniya sakinlərinə müraciətində qeyd edib ki, hətta Pasxada belə karantin və ehtiyat tədbirlərini yaddan çıxarmaq olmaz. Əks halda insanlar intizam və özünütəcrid sayəsində əldə olunanları bayramlar zamanı alt-üst edə bilərlər.
Kansler deyib ki, epidemiyanın artımına imkan verməmək üçün hətta bayramlarda belə özünütəcrid qaydalarına riayət etmək lazımdır. Onun sözlərinə görə, vaksin tapılmayanadək virus təhlükə kimi qalmaqda davam edəcək. Həmin dövrədək isə bəşəriyyət yalnız evdə qalmaqla özünü təhlükədən qoruya bilər.

Daha çox xəbər:
Merkel: “Uzun pandemiya dövrünə hazırlaşmalıyıq”
Cəmiyyət / DünyaMerkel ABŞ-ın bundan sonrakı dünya liderliyinə şübhə edir
SiyasətÜST rəhbərindən koronavirusla bağlı dünyanı alt-üst edən AÇIQLAMA
Siyasət / DünyaVaksin hazırlamaq üçün 31 milyard dollar lazımdır - ÜST
SəhiyyəBu qaydaları pozmaq olmaz – DYP-dən SƏRT XƏBƏRDARLIQ
Sosial