Siyasət
28 aprel 2020
79
Rik Daems: Ali Məhkəmənin Plenumunun qərarlarını alqışlayıram
Milliinfo.az
Aprelin 23-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda ReAL Partiyasının sədri İlqar Məmmədovun, eləcə də hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində olan hökmlə bağlı işə baxılıb. Hər iki məsələ üzrə şəxslər barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanan bu qərara münasibətini bildirən AŞPA-nın prezidenti Rik Daems Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova məktub göndərib.
Məktubda deyilir:
“İlqar Məmmədov və Rəsul Cəfərovun işləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun son qərarları barədə məlumatla tanış olduğum 2020-ci il 23 aprel tarixli məktubunuza görə sizə təşəkkür edirəm. Mən bu qərarları alqışlayıram.
Həqiqətən də, bir neçə ildir ki, bu iki iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra olunmaması Azərbaycanla Avropa Şurası arasındakı əməkdaşlıq qarşısında maneəyə çevrilmişdi. Buna görə, Ali Məhkəmə Plenumunun qərarları, digər məsələlərlə yanaşı, bu iki işlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən, eləcə də Strazburq Məhkəməsinin bir sıra oxşar qərarları ilə müəyyən edilmiş ədliyyə orqanlarının fəaliyyətində bəzi sistemli məsələlərin həll edilməsi məqsədilə Azərbaycanla Avropa Şurası arasında genişləndirilmiş əməkdaşlığa yeni imkanlar açır”.
Rik Daems, həmçinin Azərbaycan nümayəndə heyətinin Assambleya məruzəçiləri və Avropa Şurasının səlahiyyətli qurumları ilə əməkdaşlığı davam etdirəcəklərinə inandığını bildirib.

Daha çox xəbər:
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
SiyasətNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
MədəniyyətAzərbaycanda əksər məhkəmə prosesləri mayın 4-dək təxirə salındı
Cəmiyyət / HadisəÖtən gün Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun qapalı iclasında hansı məsələlərin müzakirə olunduğu açıqlanıb.
SiyasətPrezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul edib
Siyasət