Siyasət / Dünya
29 aprel 2020
38

"Nikol Paşinyanın bu addımları tezliklə onun sonunu gətirəcək"- RƏY

Milliinfo.az

"Nikol Paşinyanın bu addımları tezliklə onun sonunu gətirəcək"- RƏY



"Nikol Paşinyanın bu addımları tezliklə onun sonunu gətirəcək"- RƏY


Koronavirusun yayılması Ermənistanda mürəkkəb siyasi və iqtisadi vəziyyəti daha da ağırlaşdırır. Dərin sosial-iqtisadi böhran keçirən Ermənistanın "məxməri inqilabçı" hökuməti siyasi rəqiblərini təqib etməkdə davam edir. Müxalifətçi siyasətçilərin və onların arxasında duran biznes nümayəndələrinin həbsləri baş nazir Nikol Paşinyanın koronavirusun yayılması səbəbindən ölkədə elan olunmuş fövqəladə vəziyyət və karantindən istifadə edərək hakimiyyəti üçün təhlükə törədən daxili siyasi dairələri neytrallaşdırmaq arzusunda olmasını göstərir. Bu hadisələr əlavə olaraq Azərbaycana qarşı təcavüzün həyata keçirilməsi səbəbindən bölgədə izolyasiya şəraitində yaşayan Ermənistanda sistemli böhranın daha da dərinləşməsini qaçılmaz edir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Elman Məmmədov bildirib ki, Nikol Paşinyan küçə təzyiqi vasitəsilə hakimiyyəti ələ keçirib: "Yəni dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirib. Mitinqlər zamanı Ermənistan xalqına və nümayişçilərə nə söz vermişdisə, onun heç birini yerinə yetirə bilməyib. Əksinə, Ermənistanı bütün sahələr üzrə əvvəlki vəziyyətdən də pis günə qoyub. Siyasi, iqtisadi diplomatik sahələr Ermənistanda tənnəzül dövrünü yaşayır. Buna görə də hazırda Ermənistanda aktiv qüvvələr var. Nikol Paşinyana qarşı olan həmin qüvvələr olduqca güclüdür. Burada Qarabağ klanını və digər qüvvələri nəzərə almaq lazımdır. Hesab edirəm ki, bu dalğada Nikol Paşinyanın siyasi hakimiyyəti sona yetmək üzrə olacaq. Çünki o, özünün siyasi rəqiblərinə qarşı qanunun yol vermədiyi ən qəddar vasitələrdən istifadə edir. Ona qarşı çıxanları çox sərt və özünün anladığı formada cəzalandırır. Düşünürəm ki, Nikol Paşinyanın bu addımları onun tezliklə sonunu gətirəcək".