Siyasət / Sosial
01 may 2020
32
Yevlaxda məmurlara xəbərdarlıq
Millinfo.az
Yevlax Şəhər İcra Hakimiyyətində videomüşavirə keçirilib.
Əlaqədar təşkilat rəhbərlərinin də iştirak etdiyi müşavirədə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisində həyata keçirilən işlər bir daha müzakirə olunub, görülən işlərə nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.
Müşavirədə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev respublika ərazisində aparılan kompleks tədbirlərdən, sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb. İcra başçısı bildirib ki, dövlət rəhbəri tərəfindən ölkədə korrupsiyaya və digər qanun pozuntularına qarşı ciddi mübarizə aparılır: “Proses göz qabağındadır. Məmurlar bütün bunlardan nəticə çıxarmalıdırlar”.
Bununla yanaşı o, vətəndaşların ödənişli ictimai işlərə cəlb edilməsi, eləcə də aztəminatlı ailələrə yardımların göstərilməsi məsələlərinin rayon hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb.

Daha çox xəbər:

Korrupsiya ilə bağlı xəbardarlıq.
Gündəm
Nazirlər Kabinetində koronavirusla mübarizənin vəziyyəti müzakirə olunub
Siyasət
Eldar Əzizov: "Liftlərin qiyməti haqqında ictimaiyyətə konkret məlumat verilməlidir"
Cəmiyyət
Prezidentdən vətəndaşı incidən məmurlara XƏBƏRDARLIQ
İqtisadiyyat
Milli Məclisin Sədri Sahibə Qafarova deputat seçildiyi dairənin seçiciləri ilə videokonfrans formatında qəbul keçirib
Siyasət