Siyasət
01 may 2020
42
Daha bir rayonda icra nümayəndəsi yardımı mənimsədi – Özü və müavini saxlanıldı
Milliinfo.az
Cəlilabad Rayon İcra Hakimiyyətinin Şiləvəngə kənd icra nümayəndəsi və müavini haqda cinayət işi başlanılıb.
Icra nümayəndəsi Bağır Şirəliyev və müavini Rəşad Seyfullayev əhaliyə paylanması üçün nəzərdə tutulmuş ərzaq yardımını əksər hissəsini mənimsəməkdə ittiham olunur. Onlar yardımın bir hissəsini də öz qohumlarının adına rəsmiləşdirərək onlara paylayıblar.
Lakin imkansız ailələrin yardımı almamaları ilə bağlı şikayətindən sonra rayon prokurorluğunda araşdırma başlanılıb. İnzibati ərazi nümayəndəliyinə daxil olan Adanalı, Şiləvəngə və Abışabad kəndində apardıqları yoxlamalar zamanı B.Şirəliyevin ayrılmış yardımın əksər hissəsini imkansız ailələrə çatdırmadığı məlum olub. Mənimsədiyi ərzaq məhsulları isə yaşadığı evdən maddi sübut kimi götürülüb.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun əmri ilə Bağır Şirəliyev və Rəşad Seyfullayev tutduğu vəzifədən azad olunub.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Daha çox xəbər:

Heydər Əliyev Fondunun verdiyi yardımı mənimsəyən 4 rayonun vəzifəli şəxsləri ilə bağlı – Rəsmi açıqlama
Gündəm
Baş Prokurorluq: Daha 6 şəhər və rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanılıb
Gündəm / Siyasət
Azərbaycanda daha bir neçə vəzifəli şəxsə cinayət işi açıldı
Gündəm / Cəmiyyət
İlham Əliyev daha bir icra başçısını vəzifəsində azad ETDİ
Siyasət
Nazirlər Kabinetində koronavirusla mübarizənin vəziyyəti müzakirə olunub
Siyasət