Siyasət / Dünya
14 may 2020
66

Çinin ABŞ-dan necə əvəz çıxacağı MƏLUM OLDU

Milliinfo.az

Çinin ABŞ-dan necə əvəz çıxacağı MƏLUM OLDU



Çinin ABŞ-dan necə əvəz çıxacağı MƏLUM OLDU


ABŞ koronovirusun yayılmasında iştirakına görə Çinə qarşı sanksiya tətbiq edərsə, Pekin də öz növbəsində qisas alacacağını deyib.
Çinin “Global Times” qəzetində dərc olunan məlumatda qeyd edilir ki, Pekin Vaşinqtonun məhdudlaşdırıcı tədbirlər görmək niyyətindən çox narazıdır.

Anonim analitiklərin fikrincə, Çin bu halda simvolik olaraq deyil, “xoşagəlməz əks-tədbirlərlə” cavab verəcək. ABŞ Konqressinin ən azı dörd üzvü və iki təşkilatlı sanksiyaya düşəcək. Çox güman ki, siyahıya Çinə qarşı ilk iddia qaldıran Missuri ştatının baş prokuroru Erik Şmitt də düşəcək.

Bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp respublikaçı-senator Lindsi Qremin Çinə qarşı sanksiyaların qəbul edilməsi haqqında hazırladığı qanun layihəsini nəzərdən keçirəcəyini bildirmişdi. Sənədin prezident tərəfindən imzalanması üçün ABŞ Konqresinin hər iki palatasının razılığı tələb olunur.

L.Qrem həm də Çin vətəndaşlarının ABŞ-a gəlməsini, onların Amerika aktivlərinin dondurulmasını və Çin biznesinə kreditlərin veriləməsini qadağan edən qanun layihəsini də müzakirəyə çıxarıb.

Tramp mart ayında Pekini koronovirusun yayılması ilə bağlı dünya ictimaiyyətini vaxtında məlumatlandırmamaqda günahlandırıb. Onun sözlərinə görə, dünya ölkələri bu virus haqqında bir neçə ay əvvəl xəbər tutmalı idilər.