Siyasət
22 dekabr 2023
0
“Aİ-nin əsassız ittihamlarını qətiyyətlə rədd edirik”

“Avropa İttifaqının (Aİ) Azərbaycanda jurnalistlərin və siyasi fəalların saxlanması ilə bağlı əsassız ittihamlarını qətiyyətlə rədd edirik”.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa İttifaqının Azərbaycan əleyhinə iddiaları ilə bağlı bəyanatına dair şərhində deyilir.
“Bu cür əsassız və qərəzli bəyanatları Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə cəhdləri kimi qiymətləndiririk. İstintaqın gedişatına müdaxilə edilməsi qəbuledilməzdir və məhkəmə prosesinin işinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyi prinsipinə ziddir.
Təəssüf hissi ilə qeyd edirik ki, Aİ-nin Ermənistanda insanların fundamental hüquq və azadlıqlarının pozulması, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsi hallarına, habelə siyasətçilər və onların ailə üzvlərinə qarşı təqiblərə biganə qalması ikili standartların bariz nümunəsidir.
Ölkəmizə qarşı bu kimi əsassız bəyanatlarla çıxış etmək əvəzinə, qarşı tərəfi Aİ üzv dövlətlərində insan hüquqlarının pozulması hallarına diqqət yetirməsini tövsiyə edirik. Aİ tərəfi Fransada “sarı gödəkçələr” aksiyasında 12 nəfər üzvün öldürülməsi, Aİ strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, İslamofobia və müsəlmanlara qarşı hücum faktlarını hələ də araşdırılmayıb və adekvat münasibət bildirməyib.
Qeyd edilənlər fonunda, Aİ-nin bu cür qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Bu əsassız iddialar Azərbaycan və Aİ əlaqələrinin inkişaf perspektivlərinə zərbə vurur”, - məlumatda vurğulanıb.

Daha çox xəbər:

MEDİA-dan “Freedom House”un son hesabatı ilə bağlı BƏYANAT
Gündəm / Cəmiyyət
Rəsmi Bakı Makrona cavab verdi
Gündəm / Siyasət
Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyəti bəyanat yaydı
Gündəm / Siyasət
Azərbaycan XİN Paşinyana CAVAB VERDİ
Gündəm / Siyasət
Milli Məclisdən Niderland parlamentina etiraz - BƏYANAT
Gündəm / Cəmiyyət