Siyasət / Dünya
11 iyul 2020
57
Türkiyə Ayasofyanı muzeydən məscidə çevirdi
Ayasofya siyasi və dini simvol kimi böyük əhəmiyyətə malikdir.
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan İstanbuldakı Ayasofya muzeyinin məscidə çevrilməsi barədə fərman imzalayıb.
Bundan əvvəl Türkiyənin ən yüksək inzibati məhkəməsi dünyaca məşhur mədəniyyət ocağının muzey statusunu ləğv edib.
1500 illik tarixi olan, YUNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Ayasofya binası tikildikdən sonra, öncə kilsə, İstanbulun fəthindən sonra məscid, 1930-cu illərdən sonra isə muzey kimi fəaliyyət göstərib.
Ayasofyanın yenidən məscid kimi fəaliyyət göstərməsi təklifini Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ötən il seçki vaxtı vermişdi.
YUNESCO Türkiyəni müzakirə etmədən muzeyin statusunu dəyişdirməməyə çağırıb.
Türkiyədəki islamçılar binanın məscid kimi istifadəsini xeyli vaxtdır ki, istəyirdilər. Lakin dünyəvi müxalifət üzvləri buna qarşı çıxıblar.
Bu məsələ dünya miqyasında dini və siyasi liderlərin beynəlxalq tənqidinə səbəb olub.
Şərq Pravoslav Kilsəsinin başçısı muzeyin məscidə çevrilməsi məsələsini qınayıb. Bu məsələni həm də milyonlarla pravoslavın yaşadığı Yunanıstan da qınayıb.
Bu il mayın 29-da İstanbulun fəthinin 567-ci illiyi münasibətilə Ayasofyada Fəth surəsi oxunub.
Türkiyə prezidenti Recep Tayyip Erdoğan Fəthin 567-ci ildönümününü Ayasoyfada "Fəth surəsini oxumaq və dualar etməklə qeyd etməyin çox önəmli" olduğunu bildirib.
Yunanıstan sözügedən tədbiri tənqid edib. Ölkənin Xarici İşlər Nazirliyi Ayasofyada Quran ayələrinin oxunmasının "xristianların dini hislərinə təhqir mənasına gəldiyini" bildirib.
Qərbi formalaşdıran əsrarəngiz din
Qapıları hər kəsə açıq, liberal məscid açmaq istəyən qadın: Seyran Ateş
"Türkiyə Cümhuriyyətində azanın və ya Quran-ı Kərimin harada oxunmalı olduğunu başqa birinə soruşmalıyıq? Türkiyəyə bu mövzuda ağıl verəcək son ölkə Yunanıstandır. Avropada məscid olmayan yeganə paytaxt Afinadır. Ayasofya, Türkiyə Respublikası mülkidir və fəth edilib", Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu isə buna cavab olaraq bildirib.
Ayasofya Türkiyədə tez-tez müxtəlif tədbirlər və şərhlərlə gündəmə gələn və mübahisə yaradan mövzulardan biridir.
Xristianlar tərəfindən müqəddəs hesab olunan Ayasofyanın müsəlmanlar üçün ibadətə açılacağına dair şərhlər tənqidlərə səbəb olur.
Ayasofya niyə mübahisəli və önəmli bir yerdir?
Ayasofyanın tarixi
Ayasofyanı Bizans imperatoru Konstantin tikdirib, 360-cı ildə kilsənin açılışını edib.
Pakistan: Müsəlmanlar xristian qonşularına kilsə tikir
404-cü ildə taxta damı yanıb, geniş miqyaslı təmir işləri aparılıb. 532-537-ci illər aralığında Bizans imperatorun I Justianın əmriylə aparılan inşaat işlərindən sonra indiki halına gəlib.
Yepiskopluğun mərkəzi olan və Bizans imperatorluğunun böyük önəm verdiyi kilsəni bizanslı mühəndis Miletus İsidor və riyaziyyatçı Tralles Anthemius inşa ediblər, tikintidə 10 mindən çox adam iştirak edib.
Tikintisi 5 il 10 ay çəkən kilsəni Bizans tarixçiləri dünyanın ən böyük tikilisi adlandırıblar.
Kilsənin içindəki mozaiklər 565-578-ci illər aralığında tamamlanıb.
1204-cü ilə qədər müxtəlif zəlzələ və yanğınlardan ziyan görən kilsə dəfələrlə yenidən inşa edilib.
1204-cü ildəki səlib yürüşü zamanı xaçlıların əlinə keçib və 1261-ci ilə qədər Roma Katolik Kilsəsi adlandırılıb.
1261-ci ildə bizanslılar Konstantinopolu yenidən ələ keçiriblər və Ayasofya təkrar Pravoslav kilsəsi olaraq istifadə edilməyə başlanıb.
Osmanlı padşahı Fatih Sultan Mehmet 26 may 1453-cü ildə Konstantinopolu ələ keçirəndə Ayasofya yaralı Bizans əskərlərinin, qadın və uşaqların sığınma yeri olub.
Sonrakı bir neçə gün Pravoslav kilsəsi mənsubları Ayasofyada ibadətə davam ediblər.
1 iyun 1453-cü ildə Fatih Sultan Mehmet orda cümə namazı qılıb, Osmanlı idarəçiliyində Ayasofyanın məscid olaraq istifadə ediləcəyini bildirib.
Mehrab və minbər inşa edilib, kilsə zəngi və xaç götürülüb, mozaiklərin üstü örtülüb.
Bir kəndi işıqlandıran məscid
1481-ci ildə ilk minarəsi tikilib. Fatih Sultan Mehmetdən sonra taxta keçən Sultan II Bəyazidin vaxtında daha bir minarə tikilib.
1509-cu ildəki böyük İstanbul zəlzələsində ilk minarəsi dağılıb, yerində kərpicdən yenisi tikilib.
Digər iki minarə Sultan II Səlimin zamanında, memar Sinanın məsciddə apardığı yenilənmə işləri çərçivəsində inşa edilib.
Müxtəlif zamanlarda tikildikləri üçün Ayasofyanın 4 minarəsi bir-birindən fərqlənir.
II Səlimin türbəsi Ayasofyadakı ilk padşah türbəsidir.
Məsciddə padşahlara, onların arvadlarına və şahzadələrə aid 43 türbə var.
Aralarında Sultan III Murad, Sultan III Mehmet, Safiyə Sultan və Nurbanu Sultanın da məzarları var.
Sultan Əhməd 1611-cı ildə Əhməd Məscidini inşa etdirənə qədər Ayasofya Osmanlı dövlətinin ən böyük və ən önəmli məscidi olub.
1739-cu ildə məscidə mədrəsə, kitabxana və mətbəx əlavə edilib. 1847-1849-cu illər aralığındakı yenilənmə işləri zamanı qapadılan Ayasofya məscid olaraq sonuncu dəfə 1849-cu ildə istifadəyə verilib.
1923-cü ildə cümhuriyyət elan edildikdən sonra məscid olaraq istifadə edilməyə davam edilsə də, 1931-ci ildə qapadılıb.
1931-ci ildə Amerika Bizans İnstitutunun qurucusu arxeoloq Thomas Whittemore Ayasofyadakı mozaiklərin üstünü açmaq üçün Türkiyənin yeni rəhbərliyindən icazə istəyib.
Türkiyə prezidenti Mustafa Kamal Atatürkün razılığından sonra başlayan proses 15 il davam edib və 1947-ci ildə tamamlanıb.
Nazirlər Kabinetinin 24 noyabr 1934-cü il tarixli qərarıyla Ayasofyaya muzey statusu verilib.
1 fevral 1935-ci ildə muzey olaraq istifadəyə verilib.
1996-cı ildə dünya abidələri siyahısına daxil edilən Ayasofyanın qübbə və minarələri 1997-2002-ci illərdə Dünya Abidələr Fondunun dəstəyilə bərpa olunub.
Muzey həm də UNESKO-nun ümumdünya irsi siyahısındadır.
Zaman-zaman muzeyin müxtəlif bölümlərində təmir işləri aparılır və proses bu gün də davam edir.
Ayasofya Muzeyi Türkiyənin ən çox ziyarət edilən tarixi abidələrindəndir.
2015-ci ildə 3 milyon 425 min ziyarətçi sayına görə ölkə muzeyləri arasında üzrə birinci yerə çıxıb.
2017-ci ildə bu say 1 milyon 892-minə düşüb.
Ayasofya muzeyinin internet saytında 1936-cı il tarixli qeydiyyat sənədi yerləşdirilib.
Muzeyi yenidən məscidə çevirməyi tələb edənlər həmin sənəddə yer almış "Ayasofya Kəbir Məscidi" ifadəsinə istinad edirlər.
Amma bəzi istisnalar olmaqla, məscid ibadətə açıq deyil.
1967-ci ildə İstanbulu ziyarət edən Papa VI Paul Ayasofyada dua etdi
25 avqust 1967-ci ildə İstanbulu ziyarət edən Papa VI Paul da Ayasofyaya gedib və orda dua edib.
Buna qarşılıq olaraq Milli Türk Tələbə Birliyinin rəhbərləri bir gün sonra orda namaz qılıb. Bu hadisədən sonra Ayasofyanın statusuyla bağlı ilk ciddi mübahisələr başlayıb.
Təxminən 25 il sonra - 1991-ci ildə Hökmdar Qəsri (I Mahmud dönəmində Ayasofyanın ana binasından kənarda padşahların dincəlməsi və qüsl alması çün inşa edilmiş tikili) ibadətə açılıb.
2016-cı ilin oktyabr ayında ora imam təyin edilib. Hökmdar Qəsrində bayram namazı və gündə beş vaxt namaz qılınır, azan oxunur.
2014-cü ilin noyabr ayında Papa Francis İstanbula ziyarəti zamanı Ayasofyanı da gəzib, muzeyin müdirindən restavrasiya prosesi barədə məlumatlar alıb.
014-cü ildə Papa Francis İstanbulu ziyarət edəndə Ayasofyanı da gəzib
Hökmdar Qəsrinə imam təyin edilməzdən əvvəl - 2005-ci ildə Tarixi Əsərlər və Ətraf Mühitə Xidmət Dərnəyi Nazirlər Kabinetinin 1934-cü il tarixli qərarının ləğv edilməsiylə bağlı məhkəməyə müraciət edib. Məhkəmə şikayəti rədd edib.
2006-cı ildə muzeyin müsəlman və xristian işçiləri üçün ibadət otağı açılıb.
13 may 2017-ci ildə Anadolu Gənclik Dərnəyinin təşkil etdiyi bir qrup Ayasofyanın önündə səhər namazı qılıb.
Ağıllı telefonlar və sosial media Xristianlığa necə təsir göstərir?
21 iyun 1997-ci ildə Ilahiyyat Nazirliyi Ayasofyada Qədir gecəsi proqramı gerçəkləşdirib. Proqram dövlət kanalı TRT-də canlı yayımlanıb.
Son olaraq 2018-ci ilin mart ayında prezident RecepTayyip Erdoğan Ayasofya Muzeyində keçirilən sərginin açılış mərasimində çıxış etməzdən əvvəl də Quran oxunub.
Son tədbirlər Pravoslavlar tərəfindən narazılıqla qarşılanıb, Davamlı Vəqflər Tarixi Əsərlərə və Ətraf Mühitə Xidmət Dərnəyi yenidən Ayasofyanın ibadətə açılması tələbiylə çıxış edib.
2018-ci ilin oktyabr ayında Konstitusiya Məhkəməsi dərnəyin tələbini rədd edib.
2013-cü ildə, yəni İstanbulun fəthinin 560-cı ildönümündə bəzi mühafizəkar qeyri-hökumət təşkilatları "İstanbulun fəthinin imzası olan Ayasofya yenidən ibadətə açılsın" tələbiylə çıxış etmiş, o vaxt Erdoğan məsələyə bu gün Tekirdağ mitinqində dediyi kimi reaksiya vermişdi.
Həmin dönəmdə baş nazir olan Erdoğan 2013-cü ilin may ayında partiyasının Qızılcahamamdakı düşərgəsində millət vəkillərinin bu barədə sualına belə cavb vermişdi:
"Sultanəhməd Məscidi çox boşdur. Sultanəhməd dolsa, bu mövzunu da müzakirə edə bilərik".
Ayasofyanın məscid olması üçün 2013-cü ildə qanun layihəsi təklif edilib
2013-cü ilin oktyabr ayında o dönəmin millət vəkili Yusif Halaçoğlu Ayasofyanın yenidən məscid olmasıyla bağlı TBMM-ə qanun layihəsi təklif etmişdi.
O, Ayasofyanın muzey olmasıyla bağlı Nazirlər Kabinetinin 1934-cü il tarixli qərarının "Rəsmi Qəzet"də dərc edilməməsini və qeydiyyat sənədində məscid olaraq göstərilməsini əsas gətirmişdi.
Halacoğlunun təklifi 2013-cü ildən etibarən Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasındadır. Təklifə hələ cavab verilmədiyi üçün parlamentin müzakirəsinə göndərilməsi də baş tutmayıb.
Qüds (Yerusəlim) və Ayasofya
2019-cu ildə də prezident Erdoğan Ayasofyanı gündəmə gətirib.
Martın 25-də canlı yayımlanan bir müsahibəsində Ayasofya Muzeyinə girişin pulsuz olması tələbləriylə bağlı suala Erdoğan fərqli münasibət bildirib:
"Mümkün olmayan iş deyil. Adını artıq muzey yox, Ayasofya Məscidi qoyarıq. Turistlər Sultanəhməd, Fatih məscidlərinə gedirlər, hər hansı məbləğ ödəyirlərmi? Eyni qaydanı Ayasofyaya da tətbiq edərik. Muzey statusundan çıxar. Onsuz da o status sonradan verilib. Bu da yenə CHP zehniyyətinin addımıdır. Bu addımı dəyişdirərik".
26 martda Trabzonda keçirilən bir partiya tədbirində Erdoğan eyni mövzuda aşağıdakı fikirləri söyləyib:
"Seçkilərdən sonra Ayasofya yenidən əslinə qaytaracağıq. Bu nə deməkdir? Yəni Ayasofyanı muzey olmaqdan çıxarıb məscid adı verməklə öz təbii halına gətirəcəyik. Trump qalxıb Qüdsü paytaxt elan edir. Eləmi?
Qolan təpələrini işğalçı İsrailə aid edir, eləmi? Siz də Türkiyədən bir cavab alacaqsıznız, təbii ki… Alacaqsınız".
25 martda ABŞ prezidenti Donald Trump İsrailin 1967-ci ildə işğal etdiyi Suriyaya aid Qolan təpələrini bu ölkənin ərazisi olaraq tanımaq barədə qərar imzalayıb.
Bir həftə əvvəlsə Erdoğan Ayasofya Muzeyinin ibadətə açılması təkliflərini "siyasi oyun" adlandırmışdı.
İlk dəfə martın 16-sında, Tekirdağ mitinqində bir vətəndaşın muzeyi yenidən məscidə çevirmək təklifinə Erdoğan belə reaksiya vermişdi:
"Əvvəlcə Sultanəhməd Məscidini doldurun, ondan sonra baxarıq. Təzə tikdirdiyimiz Böyük Camlıca məscidi 4-5 Ayasofya böyüklüyündədir. Anadolu yaxasında, bütün İstanbulda və Türkiyədə ən böyük məsciddir. Məsələ bunda deyil, işin siyasi tərəfi var. Yan tərəfdəki Sultanəhməd Məscidini doldurmursan, biz Ayasofyanı dolduraq... Bu oyunlara gəlməyək, bunlar hamısı oyundur. Biz nə vaxt nəyi necə etməyi çox yaxşı bilirik. Bu namussuzlar belə dedi deyə biz addım atmarıq".
Türkiyə prezidenti Recep Tayyip Erdoğan cəmiyyətin və İslam dünyasının "illərdir Ayasofyanı məscid olaraq görmək istədiyini" əsas gətirərək 31 mart bələdiyyə seçkilərindən sonra Ayasofya Muzeyinin məscidə çevrilməsiylə bağlı proses başladılacağını açıqlayıb.
Erdoğan deyib ki, "Məscidin muzeyə çevrilməsi çox böyük səhv idi. Biz də dedik ki, çox böyük ölçüdə tələb olduğuna görə belə bir addım atmağın zamanı gəlib".
Bu qərarı tənqid edənləri "ehkam kəsməkdə" günahlandıran Erdoğan ardınca bunları deyib:
"Əl-Əqsa məscidiylə bağlı o qədər hücumlar olur, səsiniz çıxırmı? Adamlar Əl-Əqsaya çəkməylə girilər, şüşələri qırıb-tökürlər, "Quran-i Kərim"ləri yerə atırlar. Biz müsəlmanıq, bu bizim heysiyyatımıza toxunur. Əsrlədir davam edən hədəfimizdən artıq geri addım atdıra bilməzlər.
Milliinfo.az

Ayasofyada Fəth surəsinin oxunması narazılıq doğurmuşdu

Osmanlının İstanbuldakı ilk məscidi

Cümhuriyyət dönəmində 1931-ci ilə qədər məscid olaraq qalıb
1923-cü ildə cümhuriyyət elan edildikdən sonra məscid olaraq istifadə edilməyə davam edilsə də, 1931-ci ildə qapadılıb.
1931-ci ildə Amerika Bizans İnstitutunun qurucusu arxeoloq Thomas Whittemore Ayasofyadakı mozaiklərin üstünü açmaq üçün Türkiyənin yeni rəhbərliyindən icazə istəyib.
Türkiyə prezidenti Mustafa Kamal Atatürkün razılığından sonra başlayan proses 15 il davam edib və 1947-ci ildə tamamlanıb.
Nazirlər Kabinetinin 24 noyabr 1934-cü il tarixli qərarıyla Ayasofyaya muzey statusu verilib.
1 fevral 1935-ci ildə muzey olaraq istifadəyə verilib.
1996-cı ildə dünya abidələri siyahısına daxil edilən Ayasofyanın qübbə və minarələri 1997-2002-ci illərdə Dünya Abidələr Fondunun dəstəyilə bərpa olunub.
Muzey həm də UNESKO-nun ümumdünya irsi siyahısındadır.
Zaman-zaman muzeyin müxtəlif bölümlərində təmir işləri aparılır və proses bu gün də davam edir.
Ayasofya Muzeyi Türkiyənin ən çox ziyarət edilən tarixi abidələrindəndir.
2015-ci ildə 3 milyon 425 min ziyarətçi sayına görə ölkə muzeyləri arasında üzrə birinci yerə çıxıb.
2017-ci ildə bu say 1 milyon 892-minə düşüb.
Mübahisələr 2000-ci illərin əvvəllərindən başlayıb
Ayasofya muzeyinin internet saytında 1936-cı il tarixli qeydiyyat sənədi yerləşdirilib.
Muzeyi yenidən məscidə çevirməyi tələb edənlər həmin sənəddə yer almış "Ayasofya Kəbir Məscidi" ifadəsinə istinad edirlər.
Amma bəzi istisnalar olmaqla, məscid ibadətə açıq deyil.
1967-ci ildə İstanbulu ziyarət edən Papa VI Paul Ayasofyada dua etdi
25 avqust 1967-ci ildə İstanbulu ziyarət edən Papa VI Paul da Ayasofyaya gedib və orda dua edib.
Buna qarşılıq olaraq Milli Türk Tələbə Birliyinin rəhbərləri bir gün sonra orda namaz qılıb. Bu hadisədən sonra Ayasofyanın statusuyla bağlı ilk ciddi mübahisələr başlayıb.
Təxminən 25 il sonra - 1991-ci ildə Hökmdar Qəsri (I Mahmud dönəmində Ayasofyanın ana binasından kənarda padşahların dincəlməsi və qüsl alması çün inşa edilmiş tikili) ibadətə açılıb.
2016-cı ilin oktyabr ayında ora imam təyin edilib. Hökmdar Qəsrində bayram namazı və gündə beş vaxt namaz qılınır, azan oxunur.
2014-cü ilin noyabr ayında Papa Francis İstanbula ziyarəti zamanı Ayasofyanı da gəzib, muzeyin müdirindən restavrasiya prosesi barədə məlumatlar alıb.
014-cü ildə Papa Francis İstanbulu ziyarət edəndə Ayasofyanı da gəzib
Hökmdar Qəsrinə imam təyin edilməzdən əvvəl - 2005-ci ildə Tarixi Əsərlər və Ətraf Mühitə Xidmət Dərnəyi Nazirlər Kabinetinin 1934-cü il tarixli qərarının ləğv edilməsiylə bağlı məhkəməyə müraciət edib. Məhkəmə şikayəti rədd edib.
2006-cı ildə muzeyin müsəlman və xristian işçiləri üçün ibadət otağı açılıb.
13 may 2017-ci ildə Anadolu Gənclik Dərnəyinin təşkil etdiyi bir qrup Ayasofyanın önündə səhər namazı qılıb.
Ağıllı telefonlar və sosial media Xristianlığa necə təsir göstərir?
21 iyun 1997-ci ildə Ilahiyyat Nazirliyi Ayasofyada Qədir gecəsi proqramı gerçəkləşdirib. Proqram dövlət kanalı TRT-də canlı yayımlanıb.
Son olaraq 2018-ci ilin mart ayında prezident RecepTayyip Erdoğan Ayasofya Muzeyində keçirilən sərginin açılış mərasimində çıxış etməzdən əvvəl də Quran oxunub.
Son tədbirlər Pravoslavlar tərəfindən narazılıqla qarşılanıb, Davamlı Vəqflər Tarixi Əsərlərə və Ətraf Mühitə Xidmət Dərnəyi yenidən Ayasofyanın ibadətə açılması tələbiylə çıxış edib.
2018-ci ilin oktyabr ayında Konstitusiya Məhkəməsi dərnəyin tələbini rədd edib.
2013-cü ildə Erdoğan məscid təklifinə etiraz etmişdi - bu gün istinad etdiyi səbəbə görə
2013-cü ildə, yəni İstanbulun fəthinin 560-cı ildönümündə bəzi mühafizəkar qeyri-hökumət təşkilatları "İstanbulun fəthinin imzası olan Ayasofya yenidən ibadətə açılsın" tələbiylə çıxış etmiş, o vaxt Erdoğan məsələyə bu gün Tekirdağ mitinqində dediyi kimi reaksiya vermişdi.
Həmin dönəmdə baş nazir olan Erdoğan 2013-cü ilin may ayında partiyasının Qızılcahamamdakı düşərgəsində millət vəkillərinin bu barədə sualına belə cavb vermişdi:
"Sultanəhməd Məscidi çox boşdur. Sultanəhməd dolsa, bu mövzunu da müzakirə edə bilərik".
Ayasofyanın məscid olması üçün 2013-cü ildə qanun layihəsi təklif edilib
2013-cü ilin oktyabr ayında o dönəmin millət vəkili Yusif Halaçoğlu Ayasofyanın yenidən məscid olmasıyla bağlı TBMM-ə qanun layihəsi təklif etmişdi.
O, Ayasofyanın muzey olmasıyla bağlı Nazirlər Kabinetinin 1934-cü il tarixli qərarının "Rəsmi Qəzet"də dərc edilməməsini və qeydiyyat sənədində məscid olaraq göstərilməsini əsas gətirmişdi.
Halacoğlunun təklifi 2013-cü ildən etibarən Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasındadır. Təklifə hələ cavab verilmədiyi üçün parlamentin müzakirəsinə göndərilməsi də baş tutmayıb.
Qüds (Yerusəlim) və Ayasofya
2019-cu ildə də prezident Erdoğan Ayasofyanı gündəmə gətirib.
Martın 25-də canlı yayımlanan bir müsahibəsində Ayasofya Muzeyinə girişin pulsuz olması tələbləriylə bağlı suala Erdoğan fərqli münasibət bildirib:
"Mümkün olmayan iş deyil. Adını artıq muzey yox, Ayasofya Məscidi qoyarıq. Turistlər Sultanəhməd, Fatih məscidlərinə gedirlər, hər hansı məbləğ ödəyirlərmi? Eyni qaydanı Ayasofyaya da tətbiq edərik. Muzey statusundan çıxar. Onsuz da o status sonradan verilib. Bu da yenə CHP zehniyyətinin addımıdır. Bu addımı dəyişdirərik".
26 martda Trabzonda keçirilən bir partiya tədbirində Erdoğan eyni mövzuda aşağıdakı fikirləri söyləyib:
"Seçkilərdən sonra Ayasofya yenidən əslinə qaytaracağıq. Bu nə deməkdir? Yəni Ayasofyanı muzey olmaqdan çıxarıb məscid adı verməklə öz təbii halına gətirəcəyik. Trump qalxıb Qüdsü paytaxt elan edir. Eləmi?
Qolan təpələrini işğalçı İsrailə aid edir, eləmi? Siz də Türkiyədən bir cavab alacaqsıznız, təbii ki… Alacaqsınız".
25 martda ABŞ prezidenti Donald Trump İsrailin 1967-ci ildə işğal etdiyi Suriyaya aid Qolan təpələrini bu ölkənin ərazisi olaraq tanımaq barədə qərar imzalayıb.
Bir həftə əvvəlsə Erdoğan Ayasofya Muzeyinin ibadətə açılması təkliflərini "siyasi oyun" adlandırmışdı.
İlk dəfə martın 16-sında, Tekirdağ mitinqində bir vətəndaşın muzeyi yenidən məscidə çevirmək təklifinə Erdoğan belə reaksiya vermişdi:
"Əvvəlcə Sultanəhməd Məscidini doldurun, ondan sonra baxarıq. Təzə tikdirdiyimiz Böyük Camlıca məscidi 4-5 Ayasofya böyüklüyündədir. Anadolu yaxasında, bütün İstanbulda və Türkiyədə ən böyük məsciddir. Məsələ bunda deyil, işin siyasi tərəfi var. Yan tərəfdəki Sultanəhməd Məscidini doldurmursan, biz Ayasofyanı dolduraq... Bu oyunlara gəlməyək, bunlar hamısı oyundur. Biz nə vaxt nəyi necə etməyi çox yaxşı bilirik. Bu namussuzlar belə dedi deyə biz addım atmarıq".
Türkiyə prezidenti Recep Tayyip Erdoğan cəmiyyətin və İslam dünyasının "illərdir Ayasofyanı məscid olaraq görmək istədiyini" əsas gətirərək 31 mart bələdiyyə seçkilərindən sonra Ayasofya Muzeyinin məscidə çevrilməsiylə bağlı proses başladılacağını açıqlayıb.
Erdoğan deyib ki, "Məscidin muzeyə çevrilməsi çox böyük səhv idi. Biz də dedik ki, çox böyük ölçüdə tələb olduğuna görə belə bir addım atmağın zamanı gəlib".
Bu qərarı tənqid edənləri "ehkam kəsməkdə" günahlandıran Erdoğan ardınca bunları deyib:
"Əl-Əqsa məscidiylə bağlı o qədər hücumlar olur, səsiniz çıxırmı? Adamlar Əl-Əqsaya çəkməylə girilər, şüşələri qırıb-tökürlər, "Quran-i Kərim"ləri yerə atırlar. Biz müsəlmanıq, bu bizim heysiyyatımıza toxunur. Əsrlədir davam edən hədəfimizdən artıq geri addım atdıra bilməzlər.
Daha çox xəbər:
Türkiyə Prezidenti Ayasofyanın ibadətə açılması barədə qərarı imzalayıb
Siyasətİlham Əliyev: Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır
CəmiyyətBakının mərkəzində dava düşdü: Tarixi bina ətrafında qalmaqal
GündəmƏrdoğan Trampa məktubunda nə yazıb?
Siyasət / DünyaQazaxıstanla Azərbaycan arasında aviareyslərin bərpası iyulun 1-dən sonra müzakirə ediləcək
İqtisadiyyat