Siyasət / Dünya
15 iyul 2020
69

ABŞ Azərbaycan-Ermənistan sərhədində güc tətbiqini dayandırmağa çağırdı

ABŞ Azərbaycan-Ermənistan sərhədində güc tətbiqini dayandırmağa çağırdı

Milliinfo.az


Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan beynəlxalq sərhədində yaranmış qarşıdurmanı qəti şəkildə pisləyir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Biz tərəfləri güc tətbiqini dərhal dayandırmağa, gələcəkdə yarana biləcək gərginliyin aradan qaldırılması üçün mövcud birbaşa əlaqə kanallarından istifadə etməyə, habelə atəşkəsə ciddi əməl etməyə çağırırıq.

ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətdə olan ABŞ, Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə kömək etmək öhdəliyinə tam sadiq qalır. Biz, bu məqsədə nail olmaq uğrunda fəal səylərimizi davam etdirəcəyik. Birləşmiş Ştatlar Minsk Qrupu həmsədrlərinin tərəflərin mümkün qədər qısa müddətdə əsaslı danışıqlara qayıtması çağırışına qoşulur və həmçinin vəziyyət imkan verdikcə ATƏT müşahidəçilərinin bölgəyə dönmələrini vacib hesab edir”.