Siyasət / Dünya
24 iyul 2020
33
Türkiyə və Yunanıstan arasında gərginlik var, koronavirus epidemiyası zamanı Qurban bayramını necə keçirməli?
Milliinfo.az
Azərbaycanda növbəti buraxılış və qəbul imtahanları keçirilir, Türkiyə və Yunanıstan arasında gərginlik müşahidə edilir, Türkiyədə Qurban bayramı xəbərdarlığı, maskaya dolaşmış qağayı xilas edilib- bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Türkiyə və Yunanıstan arasında gərginlik
Türkiyə ölkənin cənub sahilindəki Yunan adasına yaxın sularda qazma işləri aparmaq üçün gəmi göndərəcəyini açıqladıqdan sonra Yunanıstan hərbi dəniz həyəcanı verib.
Türkiyənin Şərqi Aralıq dənizinə yeni seysmik araşdırma fəaliyyəti üçün "Oruc Reis" gəmisini göndərməsi ölkənin Yunanıstanla gərginlik yaşamasına səbəb olub.
Çərşənbə axşamı günü Türkiyə NAVTEX (Dənizçilərə Xəbərdarlıq) yayımlayıb və bildirib ki, 21 iyul tarixindən etibarən, "Oruc Reis" tədqiqat gəmisi Rodos və Meis adaları arasında yeni seysmik tədqiqatla məşğul olacaq.
Yunanlar Erdoğan barədə nə düşünür?
Yunanıstan turist qəbuluna başlayır. Ziyarətçiləri orada nə gözləyir?
Bundan sonra Yunanıstan Türkiyəni kontinental şelfə girməkdə və suveren hüquqları pozmaqda ittiham edib.
Yunanıstanın Baş naziri Kyriakos Miçotakis deyib ki, Türkiyə Aralıq dənizindəki təbii qaz axtarışından imtina etməsə, Avropa İttifaqının Türkiyəyə qarşı sanksiyalar tətbiq etməkdən başqa bir seçimi olmayacaq.
Avropa İttifaqı bildirib ki, Türkiyənin xəbərdarlığı "faydalı deyil və səhv mesaj göndərir".
Daha çox xəbər:
“Eurovision” həyəcanı başladı
DünyaQazaxıstanla Azərbaycan arasında aviareyslərin bərpası iyulun 1-dən sonra müzakirə ediləcək
İqtisadiyyat"Avroviziya-2019"un ilk finalçıları məlum olub - FOTO
CəmiyyətAzərbaycan-Türkiyə əlaqələri son 25 ildə.BİR MİLLƏT İKİ DÖVLƏT.
MədəniyyətSürücülük vəsiqəsi olanlara ŞAD XƏBƏR
Siyasət