Siyasət / Dünya
28 iyul 2020
48
Ceyhun Bayramov Azərbaycanın COVID-19-la mübarizədə gördüyü işləri açıqladı
Milliinfo .az
"Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə həm daxili, həm də çoxtərəfli səviyyədə fəal rol oynayır. Bu günə qədər Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı edib. Bu vəsait Afrika, Latın Amerikası və Asiyanın köməyə ehtiyacı olan regional qrupları üçün nəzərdə tutulub. Azərbaycan ayrı-ayrı ölkələrə tibbi ləvazimatlar və avadanlıqlar şəklində yardım da edib"."Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov "Asiyada regional əməkdaşlığa pandemiyanın təsirlərindən istifadə" mövzusunda vebinarda çıxışı zamanı deyib.
"İnanıram ki, Azərbaycanın çoxmillətli səviyyədə davam etdirdiyi səylər qeyd edilməlidir. Belə nümunələrdən biri də Qoşulmama Hərəkatının Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü ilə 4 may 2020-ci il tarixində Təmas Qrupu formatında keçirilən zirvə görüşüdür.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərin böyük əksəriyyətinin dəstəyini alan, dövlət və hökumət başçıları səviyyəsində video konfrans vasitəsilə COVID-19-a cavab olaraq BMT Baş Assambleyasının xüsusi iclasını çağırmaq təklifini irəli sürdü.
Qeyd etməliyəm ki, bu təklif BMT sisteminin mərkəzi mövqeyinin vurğulanması, həmçinin Baş Assambleyanın pandemiyaya qarşı səmərəli mübarizə aparmaq və onun sosial-iqtisadi problemlərini həll etmək üçün təxirəsalınmaz tədbirləri səfərbər etməkdə əsas müzakirə məşvərətçi, siyasət aparılması və təmsilçi orqan rolunun vurğulanması baxımından vacibdir", C.Bayramov bildirib.
Daha çox xəbər:
Ceyhun Bayramov Xarici İşlər naziri təyin edilib
SiyasətHikmət Hacıyev: Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədi
Siyasət“Pandemiya şəraitində həmrəylik vacibdir” - İlham Əliyev
SiyasətTürkiyə XİN başçısı Ceyhun Bayramovu təbrik edib
Gündəm / SiyasətSergey Lavrov: BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bağlı müzakirələr başlanır
Siyasət / Dünya