Siyasət
23 noyabr 2024
0
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1990–2006-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Daha çox xəbər:
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Gündəm / SiyasətPrezidentdən hərbi xidmətə növbəti çağırışla bağlı SƏRƏNCAM
Gündəm / CəmiyyətBu hərbçilər ehtiyata buraxılır - SƏRƏNCAM
Gündəm / SiyasətPrezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
Gündəm / SiyasətHərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Gündəm / Cəmiyyət