Siyasət
07 avqust 2020
91
Siyavuş Novruzov: "Guya ABŞ-da problem yoxdur?"
Milliinfo.az
“İşsizliyin aradan qaldırılması üçün dövlət tərəfdindən mühüm işlər görülür”.“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Biz keçmişi yaddan çıxartamalıyıq. Vaxt var idi ki, Azərbaycanda yol, qaz, işıq anlayışı yox idi. İndi isə 3 kənddə qazın olmaması davasını edirik. Mən yol kənarında ağacların kəsilməsini, quldur dəstələrin olmasını, ayrı-ayrı yerlərdə bəzi insanların quldur hərəkətlər etməsini xatırlayıram. Cəmiyyət varsa, müəyyən problemlər də olmalıdır. Guya ABŞ-da problem yoxdur? Torpaq islahatı ilk dəfə Azərbaycanda həyata keçirilib. Onun nəticəsində bu gün kənd təssərrüfatının inkişafının şahidi oluruq. Bu gün rayonla şəhər arasında fərqi heç kim görə bilmir”, S.Novruzov əlavə edib.
Komitə sədri bildirib ki, bu gün Azərbaycan təhlükəsizlik adasıdır: “Azərbaycanın səsi hər yerdən eşidilir. Təbii ki, Azərbayacanı gözü götürməyən qüvvələr olacaq. Biz onlara qarşı birlikdə mübarizə aparmalıyıq”.

Daha çox xəbər:

Siyavuş Novruzov: “Beşinci kolon” korrupsionerləri müdafiə edir”
Siyasət
“Hazırda qala divarı normaldır, heç bir problem yoxdur”
Gündəm
Komitə sədri: "6 aylıq evlilikdən sonra boşananlar arasında gənclər çoxdur"
Cəmiyyət
Bu şəxslərin MAAŞI ARTDI - AZƏRBAYCANDA
İqtisadiyyat
Azərbaycanda uşaqlara ad verilməsi qaydaları dəyişir
Gündəm