Siyasət / Dünya
05 sentyabr 2020
35
Pompeo ABŞ-ın Çinin hərbi potensialını artırmasından narahat olduğunu bildirib
Milliinfo.az
“ABŞ Çin Xalq Respublikasının hərbi potensialını artırmasından narahatdır”.
APA TASS-a istinadən xəbərv verir ki, bunu cümə günü ABŞ Dövlət katibi Mayk Pompeo “Fox News”a verdiyi müsahibədə deyib.
Pompeo, həmçinin, ABŞ Prezidenti Donald Trampın ABŞ-ın təhlükəsizliyini təmin edəcək mövqe ortaya qoyacağından əmin olduğunu bildirib: “Çin Silahlı Qüvvələrinin gücləndirilməsi prosesi çoxdan davam edir və sürətlənir. Prezident Tramp isə öz növbəsində təhdidlərə qarşı Kosmik Qüvvələrin yaradılması kimi ehtiyacımız olan imkanları təmin edir”.
O, əlavə edib ki, Tramp administrasiyası dövründə ABŞ-ın hərbi büdcəsi 700 milyard dolları keçib: “Bu baxımdan deyə bilərik ki, silahlı qüvvələrimizin ehtiyac duyduğu hər şey var”.

Daha çox xəbər:

ABŞ dövlət katibi: “Koronavirus laboratoriyadan yayılıb”
Dünya
ABŞ-la Çin arasında ticarət müharibəsi yenidən başlaya bilər
Siyasət / Dünya
Tramp ABŞ-da "TikTok"un fəaliyyətinə qadağa qoymaq istəyir
Dünya
Tramp ABŞ-a immiqrasiyanı müvəqqəti dayandırmağı düşünür
Siyasət / Dünya
İranlı general: "ABŞ-ın 400 hədəfini vuracaqdıq"
Siyasət / Dünya