Siyasət / Dünya
14 sentyabr 2020
37

Fransalı professor: "Ermənistan Qarabağı erməniləşdirmək siyasəti aparır"

Fransalı professor: "Ermənistan Qarabağı erməniləşdirmək siyasəti aparır"

Milliinfo.az

“Ermənistanın Dağlıq Qarabağda apardığı qeyri-qanuni məskunlaşdırma siyasəti təcavüzkarlıq, işğal və müstəmləkəçilik siyasətidir”.

Bunu “Report”un Fransa bürosuna açıqlamasında Paris-Sen Universitetinin siyasi elmlər və kommunikasiya üzrə professoru Frederik Treffel deyib.

“Ermənistanın Dağlıq Qarabağda apardığı qeyri-qanuni məskunlaşdırma siyasəti bizə tariximizin ən qaranlıq səhifələrindən olan İkinci Dünya müharibəsini xatırladır. Qeyri-qanuni məskunlaşdırma siyasəti əhalini mədəni, bioloji və digər meyarlar əsasında seçməyi hədəfləyən və siyasi məqsədlər üçün istifadə olunan bir siyasətdir. Bu siyasət qanunları nəzərə almayaraq təcavüzkarlıq işğal və müstəmləkəçiliklə xarakterizə olunan bir siyasətdir“, - o bildirib.

Professor Ermənistanın Azərbaycana məxsus ərazilərində etnik homogen əhalinin yerləşdirməsi siyasəti apardığını da qeyd edib: “Demoqrafiya doğru olan yeganə elmdir. Siyasi məqsədlər üçün demoqrafiyadan tarixdə dəfələrlə istifadə olunub ki, bu müstəmləkəçilik siyasəti bu günümüzədək tarixdə törədilən ən pis əməllərdəndir. Ermənistanın bu siyasəti də dövlətin qanuni sərhədlərini tanıyan beynəlxalq hüququn əksinə gedərək işğal olunmuş bir ərazidə etnik homogen bir əhalini yerləşdirmək siyasətidir".