Siyasət / Dünya
05 oktyabr 2020
60
Ceyhun Bayramov Aİ nümayəndəsini Ermənistanın mülki əhaliyə hücumları barədə məlumatlandırıb
Milliinfo.az
Oktyabrın 4-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov bölgədəki son gərginliklə bağlı məlumat verib. O, Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması, o cümlədən ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərinin raket atəşinə tutulmasını qeyd edib. Ermənistanın mülki şəxsləri atəşə tutması nəticəsində baş vermiş itkilərlə bağlı qarşı tərəfə məlumat verən nazir, bu günədək 24 azərbaycanlı mülki şəxsin qətlə yetirildiyi, 111 nəfərin isə yaralandığını bildirib. Vurğulanıb ki, bölgədəki gərginliyin tam məsuliyyəti Ermənistan rəhbərliyinin üzərindədir.
Cozef Borel bölgədə gərginliyin alovlanmasının ciddi narahatlıq doğurduğunu qeyd edib.
Nazir Ceyhun Bayramov vurğulayıb ki, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquqa riayət olunması, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi va
Daha çox xəbər:
Ceyhun Bayramov İƏT-in Baş katibini Ermənistanın təxribatı barədə məlumatlandırıb
Siyasət / DünyaAzərbaycanın yeni Xarici işlər naziri ilə İranın Xarici işlər naziri arasında telefon danışığı olub
CəmiyyətCeyhun Bayramov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
SiyasətXarici İşlər Naziri Ceyhun Bayramov İran islam Respublikasının yeni səfirinin etimadnaməsini qəbul etdi
Gündəm / CəmiyyətCeyhun Bayramov İranın yeni səfiri ilə görüşüb
Siyasət / Dünya