Siyasət / Dünya
26 noyabr 2020
33
İranın XİN başçısı Kəlbəcərin işğaldan azad olması münasibətilə Ceyhun Bayramovu təbrik edib
Milliinfo.az
Noyabrın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işləri naziri Məhəmməd Cavad Zərif arasında videokonfrans formatında görüş keçirilib.Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, naziri Ceyhun Bayramov qarşı tərəfi salamlayaraq, ölkəmizin İranla faydalı əməkdaşlığını məmnunluqla qeyd edib.
Nazir bu görüşün Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcərə daxil olduğu əlamətdar bir gündə keçirildiyini vurğulayıb. O, Azərbaycan tarixinin xüsusi dövründə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə verdiyi dəstəyə və səsləndirilən bəyanatlara görə İran tərəfinə təşəkkürünü ifadə edib.
Ceyhun Bayramov Azərbaycan-İran sərhədinin tam bərpa edildiyini həmsöhbətinin diqqətinə çatdırıb. Nazir Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunmasının qonşu və dost İran İslam Respublikası ilə daha da geniş əməkdaşlıq üçün yeni fürsətlər və perspektivlər yaratdığını bildirib.
İran xarici işləri naziri Məhəmməd Cavad Zərif işğal altında olan ərazilərimizin azad edilməsi, eləcə də bu gün Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcərə daxil olması münasibətilə öz təbriklərini çatdırıb. Nazir münaqişənin həlli ilə bağlı irəliləyişin əldə edilməsi üçün yardımçı olmağa ölkəsinin hər zaman hazır olduğunu qeyd edib.
Tərəflər əməkdaşlığın Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası çərçivəsində davam etdirməsinin vacibliyini vurğulayıblar. Həmçinin Azərbaycan və İran arasında ikitərəfli qaydada olduğu kimi, çoxtərəfli regional formatlarda da əməkdaşlığın davam etdirməyin zəruriliyini qeyd ediblər.
Görüşdə nazirlər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Araz çayı üzərində bir sıra birgə layihələr və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Daha çox xəbər:
Azərbaycanın yeni Xarici işlər naziri ilə İranın Xarici işlər naziri arasında telefon danışığı olub
CəmiyyətXarici İşlər Naziri Ceyhun Bayramov İran islam Respublikasının yeni səfirinin etimadnaməsini qəbul etdi
Gündəm / CəmiyyətCeyhun Bayramov İranın yeni səfiri ilə görüşüb
Siyasət / DünyaTürkiyə XİN başçısı Ceyhun Bayramovu təbrik edib
Gündəm / SiyasətCeyhun Bayramov Rusiyaya səfər edəcək
Siyasət