Siyasət
08 dekabr 2020
44
Ermənistan və Azərbaycan Qarabağdakı humanitar mərkəzə qoşulacaq
Milliinfo.az
Ermənistan və Azərbaycanın Qarabağdakı humanitar reaksiya mərkəzinin işinə qoşulması düşünülür, hazırda müvafiq sənədlər hazırlanır.“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Ara Ayvazyanla keçirdiyi mətbuat konfransında deyib.
Lavrovun sözlərinə görə, qaçqınların geri qaytarılmasının asanlaşdırılması davamlı hala gəlib və insanlar bu prosesə daha inamla yanaşırlar:
“Və bu əhvalı hər şəkildə gücləndirəcəyik, buna həm Ermənistanın, həm də Azərbaycanın iştirakı ilə humanitar reaksiya mərkəzinin beynəlxalq mərkəzə çevrilməsinə dair davam edən danışıqlar kömək edəcək. Müvafiq sənədlər artıq müvafiq strukturlar vasitəsi ilə müzakirə olunur”.
Daha çox xəbər:
Rusiya XİN-dən Azərbaycanın kəskin etirazına reaksiya
SiyasətSergey Lavrov: "ABŞ-la Rusiya tezliklə təmas quracaq"
Siyasət / DünyaAzərbaycanla Ermənistan arasında humanitar məqsədlərlə atəşkəs elan olunur
Siyasət / DünyaGürcü ekspertlər: Ermənistan Qarabağa qanunsuz köçürmələrlə işğalı möhkəmləndirməyə çalışır
Siyasət / DünyaTürkiyə və Azərbaycanın XİN başçıları ermənilərin hərbi cinayətlərini müzakirə ediblər
Gündəm