Siyasət
02 may 2019
105
Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladıPrezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
BEŞ.AZ istinadən xəbər verir ki, bu dəyişiklik daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulmasına görə cəzaları müəyyən edir.
İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 440-1-ci (Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması) maddəsinə əsasən, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə nəzərdə tutulan məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə fiziki şəxslər 150 manat, vəzifəli şəxslər 700 manat, hüquqi şəxslər isə 2 500 manat məbləğində cərimə edilir.
Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 1000 manat məbləğində cərimə olunurlar.
Müəyyən edilən qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə vəzifəli şəxslərə 1 500 manat məbləğində cərimə tətbiq edilir.

Daha çox xəbər:

Bu şəxslərə 1000 manat veriləcək - SƏRƏNCAM
İqtisadiyyat
İlham Əliyevdən "Əmək pensiyaları haqqında" sərəncam
Siyasət
Müharibə veteranlarına ŞAD XƏBƏR - Mayın 5-ə qədər...
Cəmiyyət
Prezident “Nə? Harada? Nə zaman?” komandasının üzvlərini təltif edib - SƏRƏNCAM
---
Bu "plonka"ların 150 manat cəriməsi var - DYP-dən sürücülərə xəbərdarlıq
Gündəm