Siyasət / Foto
10 fevral 2022
72

İranın Azərbaycandakı Səfiri jurnalistlərin suallarnı cavablandırdı (FOTO)

İranın Azərbaycandakı Səfiri jurnalistlərin suallarnı cavablandırdı (FOTO)

Millitv xəbər verir ki, bu gün İran İslam Respublikasının Bakıdakı səfiri cənab Seyid Abbas Musəvinin İslam İnqilabının qələbəsinin 43-cü ildönümü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə mətbuat konfransı keçirib.

Mətbuat konfransını açan səfir İran və Azərbaycan arasındakı dostluq münasibətlərinin inkişafından danışaraq İran-Azərbaycan münasibətlərinin İslam Əməktaşlıq Təşkilatının Aşqabadkı zirvə toplantısında sonra prezidentlərin görüşü münasibətlərimizin inkişafına yeni dönüş nöqtəsi oyaratdı.

Səfir Xəzərin statusuna dair sənəd təsdiqlənmək üçün sənədlərin bir neçə mərhələdən keçdiyini, yalnız konvensiyanın parlamentdə ratifikasiya edilməsinin qaldığını, o da yaxın zamanlarda qəbul ediləcəyini dedi: "Səfir iki ölkənin arasındakı müştərək enerji yataqlarının birgə ,işləməsinə münasibət bildirərək qeyd etdi ki, hal - hazırda yataqlardan biri hər iki ölkə tərəfindən müştərək şəkildə istismar edilir.
Digər başqa bir yataq isə Xəzərin statusu barədə Konvensiya İran parlamentində təsdiq edildikdən sonra istismara veriləcək.

Səfir suallara cavab əsnasında Araz çayı üzərində tikintisi davam etdirilən "Qız qalası" və "Xudafərin" su anbarları layihəsi işğal dönəmində də Azərbaycanla birlikdə həyata keçirildiyini, bu iş indi də davam etdirdiklərini qeyd etdi: Dünyanın müxtəlif yerlərində dövlətlər arasında olan sərhəd çaylarının suyundan istifadə dövlətlər arasında mübahisə doğurusa da, xoşbəxtlikdən İran-Azərbaycan arasında belə problemin olmamasınıda səfir qeyd etdi.

Səfir İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik axınını səbəbləri barədə suala cavab verərkən bildirdi ki, çox təəssüf ki, dünyanın ən böyük narkotik istehsalçısı olan Əfqanıstandan, və Pakistandan gələn narkotik maddələr Avropaya İran tranziti üzərindən daşındığını bildirdi: "Hər il minə qədər İran təhlükəsizlik qüvvələrinin əməkdaşı narkotiklərlə mübarizədə həyatlarını itirirlər. İran dövləti baş verən bu neqativ halın qarşısını almaq üçün əlindən gələni edir".

Səfir İran İslam Respublikasında faliyyət göstərən media qurumlarının Azərbaycanda faliyət göstərən media qurumları ilə yaxın əlaqələrinin yaranması üçün yeni bir layihə hazırladıqlarını bu prosesin effektli və davamlı olması üçün bir çox işlərin gördüklərini bildirdi.Media qurumlarının bir-biri ilə sıx əməkdaşləq etməsi iki qardaş islam dövləti arasında münasibətlərin daha obyektivliyinə töhvə verəcəyinidə qeyd etdi.

Rusiya və Ukrayna arasındakı gərginlikdə bəzi dövlətlərin Ukraynanın yanında, bəzilərinin də Rusiyanın yanında yer aldığını, Hazırkı vəziyyətdə İran dövlətinin kimin yanında yer alması haqqında verilən suala?
Səfir bildirdi ki biz nə Rusiyanın, nə Ukraynanın yanındayıq biz bu gərginliyin tez bir zanmanda aradan qaldırılmasını və tarixən istər dil istər, isrər din baxımından biri-birinə qardaş olan Rusiya və Ukraynanın xoş qonşuluq münasibətində yaşamasını arzulayırıq.

Sonda media işçiləri bir daha Səfir Seyid Abbas Musəvini İslam İnqlabının 43-cü il dönümü münasibətilə təbrik etdilər.

İranın Azərbaycandakı Səfiri jurnalistlərin suallarnı cavablandırdı (FOTO)
İranın Azərbaycandakı Səfiri jurnalistlərin suallarnı cavablandırdı (FOTO)
İranın Azərbaycandakı Səfiri jurnalistlərin suallarnı cavablandırdı (FOTO)
İranın Azərbaycandakı Səfiri jurnalistlərin suallarnı cavablandırdı (FOTO)
İranın Azərbaycandakı Səfiri jurnalistlərin suallarnı cavablandırdı (FOTO)
İranın Azərbaycandakı Səfiri jurnalistlərin suallarnı cavablandırdı (FOTO)


Rövşən Qasımov
Millitv.az