Siyasət
12 oktyabr 2022
11
Azərbaycan sülh sazişinin yeni variantını Ermənistana VERDİ
Azərbaycan sülh sazişinin genişləndirilmiş elementlərini Ermənistana verib. Erməni tərəfi indi həmin elementlərə baxır.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə deyib.
Bayramov bildirib ki, genişləndirilmiş elementlər əvvəllər təqdim olunan 5 əsas prinsipi tamamlayır və bu, sülh sazişinin və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasının əsasını təşkil etməlidir: "Azərbaycan Ermənistanla danışıqların gedişində, xüsusən də sülh sazişinin imzalanmasında, rabitə kanallarının açılmasında və Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasında maraqlıdır. Görüşlərdə bu məsələlər daim qaldırılır və Azərbaycan öz mövqeyini ortaya qoyur".
Bayramov əlavə edib ki, oktyabrda Brüsseldə Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın üçüncü iclasının keçirilməsi planlaşdırılır.
Daha çox xəbər:
Ceyhun Bayramov: “Ermənistan normallaşma prosesi üzrə beynəlxalq səylərə maneçilik törədir”
Gündəm / SiyasətCeyhun Bayramov erməni nazirlə görüşdə bunları deyib - XİN açıqlama yaydı
Gündəm / Siyasətİlham Əliyev Paşinyanla Brüsseldə bu məsələləri müzakirə edəcək
Gündəm / Siyasət"Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, sülh sazişini imzalaya bilərik" - İlham Əliyev
Gündəm / SiyasətCeyhun Bayramov Lavrovla görüşdü - YENİLƏNİB
Gündəm / Siyasət