Sosial
10 iyul 2023
0
Dənizə gedənlərə XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah Bakı şəhəri və Abşeron yarımadasında külək əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
"Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır.
Həmçinin, güclü külək baş verən yanğınların söndürülməsi əməliyyatını çətinləşdirdiyindən küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Təhlükə zamanı 112-yə zəng edin!", - deyə müraciətdə qeyd olunur.

Daha çox xəbər:

Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Sosial
FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
Gündəm / Cəmiyyət
Havanın temperaturu 44°-dək artacaq - XƏBƏRDARLIQ
Gündəm / Cəmiyyət
FHN-dən hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
Gündəm / Cəmiyyət
FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
Gündəm / Cəmiyyət