Sosial
20 iyun 2020
76

Bazar günündən iyulun 5-dək qoyulan qadağaların - SİYAHISI

Milliinfo.az

Bazar günündən iyulun 5-dək qoyulan qadağaların - SİYAHISI



Bazar günündən iyulun 5-dək qoyulan qadağaların - SİYAHISI


Ciddi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin siyahısı məlum olub.

Bu barədə Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva məlumat verib.
Məhdudiyyətlər aşağıdakılardır:

SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxma tətbiq ediləcək,

dövlət və özəl təşkilatlarda işləyənlərlə bağlı məhdudiyyətlər tətbiq olunacaq, yəni işçilər qruplara bölünərək müxtəlif vaxtlarda işə başlayacaq (işçi heyətin 3 qrupa bölünməsi),

ticarət mərkəzlərinin fəaliyyəti dayandırılacaq,

ictimai-iaşə obyektlərinin yerində xidmət dayandırılacaq,

bərbərxana-gözəllik salonlarında kosmetik xidmətlər, o cümlədən bu sahədə müştərilərin evində və ya digər məkanlarda xidmətlər dayandırılacaq,

muzey və sərgi zallarının fəaliyyəti dayandırılacaq,

malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı istisnalar nəzərə alınmaqla məhdudiyyətlərin tətbiqi, eləcə də açıq havada idman oyunları olmayacaq.

Bulvar və parklar açıq olacaq.

Ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək.

Xatırladaq ki, iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq.