Sosial
21 iyul 2021
42

Həlak olmuş alpinistlərin adına quraşdırılmış lövhə oğurlandı

Həlak olmuş alpinistlərin adına quraşdırılmış lövhə oğurlandı

Bir neçə il öncə qar uçqununda həlak olmuş alpinistlər Namin, Babur və Fəridənin xatirəsinə Tufandağın şimal ətəyində Mahmuddərədə quraşdırılmış lövhə oğurlanıb.

Bu barədə Ramin Həsənəlizadə adlı istifadəçi sosial şəbəkədə yazıb. Lövhənin metal yığanlar tərəfindən oğurlana biləcəyi ehtimal olunur:

"Lövhə bürüncdən hazırlanmışdı, çox güman ki metal yığan məntəqələrə satılıb və ya satılacaq. Tapılsa onu metal məntəqədən pulu ilə alıb yenidən yerinə quraşdırmaq istərdik".

Qeyd edək ki, Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin adına əbədiləşdirilmiş lövhədə “Gələnlər keçdi getdi, torpaq qaldı, daş qaldı” sözləri yazılmışdı.

Xatırladaq ki, Tufandağ istiqamətində yürüşə çıxmış alpinistlər 2017-ci ilin dekabr ayında itkin düşmüşdü, 2018-ci il mayın 18-də isə meyitləri tapılaraq ailələrinə təhvil verilmişdi. Babur Hüseynov Astaranın Giləkəran kənd qəbiristanlığında, Fəridə Cəbrayılzadə Masallı rayonunu Şərəfə kənd qəbiristanlığında, Namin Bünyatzadə isə Şəmkir rayonunun Çinarlı qəbiristanlığında atasının yanında dəfn edilib.
Həlak olmuş alpinistlərin adına quraşdırılmış lövhə oğurlandı