Sosial
29 noyabr 2021
51
Yeni ştamın simptomları nədir?
Koronavirusun yeni “Omicron” ştamının peyda olması bir sıra ölkələri pandemiya ilə mübarizə planlarını yenidən nəzərdən keçirməyə vadar etdi.
Bəs noyabrın 11-i Cənubi Afrikada aşkar olunan bu ştamın əsas əlamətləri hansılardır?
Cənubi Afrikadan olan həkimlərin verdiyi məlumata görə, bu ştama yoluxmuş insanlarda qoxu və dad bilmə itmir.
Bu xəstələrdə yalnızca temperaturun qalxması və halsızlıq müşahidə edilir. Bununla yanaşı, əksər xəstələrdə, həmçinin nəbzin sürətlə vurması təyin olunub. Həkimlər qeyd edir ki, “Omicron” ştamı ilk olaraq gənc insanlar arasında yayılır.
Cənubi Afrikada yeni ştama yoluxanlar əsas olaraq 20-30 yaş arası gənclər olur ki, onların da 65 %-i peyvənd olunmayanlardır.
Qeyd edək ki, bu ştam noyabrın 11-i aşkar olunsa da, ona ilk yoluxma halı noyabrın 24-ü qeydə alınıb.
Daha çox xəbər:
Koronavirusun daha bir simptomu aşkarlandı
Dünya / SəhiyyəPutin koronavirusla bağlı yeni göstərişlər verdi
Gündəm / DünyaDünyada COVID-19-la bağlı son vəziyyət açıqlandı
DünyaYoluxma sayının artmasının səbəbləri nədir? - Nazirlikdən AÇIQLAMA
Gündəm / CəmiyyətHəkimlər hamiləliklə xərçəngi səhv salıb, qadını kimyaterapiya etd i– FOTO
Dünya