Sosial
28 oktyabr 2022
11
"Jurnalist sualı təxribat məqsədilə verirdi" - Çingiz Abdullayev
“Mənə aydın deyil ki, insanlar necə inana bilərlər ki, mən durduğum yerdə jurnalisti təhqir edə bilərəm?"
Bunu sosial şəbəkə hesabında Xalq yazçısı Çingiz Abdullayev yazıb.
"Məsələ burasındadır ki, o, sualı təxribat məqsədilə verirdi. Dedi ki, sərf olunan vəsaiti bu salonda görmür. Halbuki 500 iştirakçı açılmış kofe-breyk masasını görmüşdü və təbii ki, buna da vəsait xərclənmişdi. Mənim əziz azərbaycanlılarım hamının oğru, yaramaz, vicdansız olduğuna niyə belə həvəslə inanırlar?”, - deyə Ç.Abdullayev paylaşımında bildirib.
Xatırladaq ki, Xalq yazçısı Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında jurnalisti təhqir etdiyi üçün tənqid olunur. O, jurnalistin qurultay üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə sualına cavabında “utanmırsan, ölmürsən, bu sualı mənə verirsən?!” deyə reaksiya verib.
Daha çox xəbər:
Çingiz Abdullayev jurnalisti təhqir etməsi barədə: “Dediklərimdən peşman deyiləm”
Gündəm / Mədəniyyət“Bu, jurnalistika deyil, tərbiyəsizlikdir”
Gündəm / CəmiyyətÇingiz Abdullayev qalmaqallı paylaşımını sildi, tənqidlərə belə CAVAB verdi
Gündəm / Sosial"Mənim statusum məşhur sualla bağlı deyil" - MŞ sədri
Gündəm / Cəmiyyət“Azdrama”nın günlük icarə haqqı AÇIQLANDI: - Bütün xərcləri çıxdıqdan sonra qalan 100 min manat hara getdi?
Gündəm / Cəmiyyət