Şou
15 may 2019
106
Əməkdar artistlərin "toqquşması" - Video

Son günlər bir neçə ifaçımız yeni mahnıları ilə izləyicilərini sevindirib.
Beş.az xəbər verir ki, Əməkdar artist Tünzalə Ağayeva "Kaş Bakıda olaydım" adlı mahnısı ilə sevənlərinin qarşısına çıxıb. "Youtube"da yayımlanan mahnının sözləri MirBəhruz Abbaszadəyə, musiqisi isə sənətçinin özünə məxsusdur.
Digər yeni bir iş isə Əməkdar artist Miri Yusifə məxsusdur. Onun "Şənbə" adlı mahnısının sözləri Fariz Bərdəli və özünə məxsusdur. Bu mahnının da musiqisini Miri özü yazıb.
İfaçı Sevinc Musayeva bəstəkar Sevinc Tofiqqızının "Azərbaycan Türkiyə" adlı bəstəsini səsləndirib. Vətənpərvər mövzuda olan mahnının sözlərini isə Almaz Əhmədova yazıb.
Əməkdar artist Röya Ayxan isə "Kimin belə sevgilisi var?" adlı mahnısını rəsmi "Youtube" kanalında paylaşıb. Mahnı kanalda dörd gün ərzində yarımmilyona yaxın dinlənilib. Qeyd edək ki, mahnının müəllifi Ramal İsrafilovdur.

Daha çox xəbər:

Röya Aygünün mahnısını oxudu - Video
Şou
Cücələrim mahnısı Rusiya telekanalında Video
Şou
Əməkdar artistin səhhəti pisləşdi - FOTO
Gündəm
Roya bu xalq artistini sevib: "Elə bilirdim, böyüyəcəm ona ərə gedəcəm" - FOTO
Şou
"Allah heç bir körpəni anasız qoymasın..." - Xərçəngdən əziyyət çəkən Tünzalə
Gündəm