Şou
29 aprel 2019
74
Şəfanın ölümünə səbəb olan QARDAŞI DANIŞDI – VİDEO - VİDEO
ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum müğənni Şəfa Hüseynovanın həyatından danışılıb.
Qohumları və qardaşı onunla bağlı xatirələrini bölüşüblər:
Səxavət Hüseynov – Qardaşı: “Valideynlərimiz Şəfanın oxumağına narazılıq edirdi. Sonra ilk anam başladı dəstək olmağa. Ailə qurdu, yoldaşı ilə yola getmədilər, boşandı. Bir çox mahnının sözlərini də öz həyatı ilə bağlı yazmışdı. Evdə yoldaşının başqa qızlarla şəkillərini tapdı. Dedi, boşanıram. İstədik barışdıraq, mümkün olmadı. Bizə dəvətnamə gəlmişdi, qohum toyu idi. Şəfanı toya müğənni kimi çağırmamışdılar. Həmin günə Bakıda da toyu vardı.
Axşam belə qərarə gəldik ki, toya getməyək. Səhər tezdən yatdığım otağın qapısını açdı, “Səxavət, dur toya gedək, yaxşı deyil, ayıbdır”. Getdik toya. Səhər saat 05:00-da yola çıxdıq. Nə içkili idim, nə də yuxulu. Hüseynə dedim, deyəsən yorğunsan, gəl yerimizi dəyişək. Sükana mən keçdim, sonra qəza baş verdi. Bizi xəstəxanaya aparanda həkimlər anama ağrıkəsici iynə vurmaq istəyib, anam ağrıdan inildədiyimi görüb deyib ki, mənə yox, oğluma vurun, istəyirəm oğlum sağ qalsın.
Həkimlər mənə iynə vuranda yatmışam. Anamın ürəyi xəstə idi, elə bilib ölmüşəm. Ürəyi dözməyib öldü. Onların 40 mərasimindən 1-2 gün sonra mən xəstəxanadan çıxdım. Evdə yataqda yatırdım. Mənə dedilər Şəfagil müalicə almağa gedib İrana. Əmim oğlu gəldi, gülab iyi hiss etdim. Soruşdum haradan gəlirsən? Dedi, ölü yerindən gəlirəm. Şübhələndim. Evdəkilərdən soruşdum ki, mənə deyin, nə olub? Başa düşdüm və başladım ağlamağa”.
Daha çox xəbər:
Natavan toya anasının ev tərlikləri ilə gəldi
Şou"Rəqsanə Rusiyaya gedəndən sonra müğənnilərin yolunu kəsib" - Elgiz
Şou“Musada o şəkillərdən çoxdur” - Təranə Qumral qısa ətəkli fotosundan DANIŞDI
ŞouBakıda 27 nəfərin xəsarət aldığı dəhşətli qəzadan görüntülər – Video
Hadisəİtkin düşmüş qardaşının tapılması üçün bu evi tikib VİDEO
Gündəm / Video