Şou
10 may 2019
59
Beren Saatdan əri Kənan Doğuluya qarşı ŞOK ADDIM - FOTO
Müğənni Kənan Doğulu ilk dəfə aktrisa Beren Saat ilə boşanma xəbərlərinə aydınlıq gətirib.
Beş.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu günə qədər səssizliyini qoruyan sənətçi boşanma iddiaları haqqında bunları deyib:
“3-cü şəxsləri maraqlandıran bir mövzu olduğu zaman bunu anons edərik. Odur ki, narahat olan insanları başa düşürəm, önlərində sevgi və sayğı ilə baş əyirəm. İnsanları neqativ xəbərlərlə bu qədər üzməyin. İnsanları maraqlandıran nə isə olarsa, xəbər edərik. Berenin çəkilişləri gərgindir. Yazdığınız hər neqativ xəbər istər-istəməz yaxınlarımızı kədərləndirir. Telefonlarımız susmur. Yaxşıyıq, kefimiz yerindədir".
Kənan Doğulunun “Hər şey qaydasındadır” açıqlamasından sonra Beren Saatdan yeni bir həmlə gəlib. Məşhur aktrisa vəfat edən sevgilisi Efe Gürayla fotosuna ürək işarəsi qoyaraq instaqramda paylaşıb.