Şou
12 may 2019
77

"Deyirdilər, anan bizim pərdələri yuyur, mən də onları döyürdüm"

"Deyirdilər, anan bizim pərdələri yuyur, mən də onları döyürdüm"

Müğənni "Zaurla Günaydın" verilişində analara məsləhət verib. O, övladının yanında tanınmışların həyatını müzakirə edən valideynləri tənqid edib:

"İki-üç ildən sonra gedəcək xaricdə oxumağa. O, getdisə, mən də gedəcəm. Üstündə əsməyi xoşlamıram. Amma harasa göndərirəmsə, kənarda nəzarət etdirirəm. İstəyəcək maşın sürmək, arxasında başqa avtomobil gedəcək. Mənə heç vaxt güvənməyiblər, həmişə döyüblər. Ona görə də Hüseyn nə vaxt mübahisə edirsə, deyirəm, haqlı mənim oğlumdur.

Valideynlərə deyirəm ki, uşağın yanında müzakirə etməsinlər. Məktəbdə mübahisə ediblər. Ana-ata söhbəti olub. Direktor nəzarət etməlidir, uşağın anası müğənnidir, aparıcıdır söhbəti olmamalıdır. Valideyn uşağın yanında kiminsə şəxsi həyatını danışırlar. Hüseyn ağlıya-ağlıya gəldi, dedim, sən düzsən.

Mənə deyirdilər ki, atası bunu atıb, anası onun-bunun, bizim pərdəmizi yuyub, sizə pul gətirir. Mən də onları döyürdüm. Gəlirdi valideynləri anama şikayət edirdi, onların yanında məni döyürdülər. Mən uşağıma bunu göstərməyəcəm.

Bu yaxınlarda manikür-pedikür etdirirdim. Salonda bir uşaq yaxınlaşıb ki, peraşki var? Ayağımı sudan çıxarıb, anasına yaxınlaşdım ki, bu uşağın yanında nə danışmısan, mənə belə deyir? Uşağın uşaqlığını almayın yanından".