Şou
14 may 2019
106
Qaraçuxurlu əməliyyatdan videosunu yaydı

Meyxanaçı Namiq Qaraçuxurlu əməliyyat olunub.
Beş.az məlumatına görə, sənətçi bir il əvvəl yıxılıb ayağını zədələyən zaman qoyulan milləri çıxartdırıb.
Namiqin əməliyyat zamanı videosu çəkilib. O, görüntüləri paylaşaraq "Sağ olsun həkimlər, hər şəraiti yaradıblar. Yeri gəlmişkən, artıq hər şey yaxşıdır. Bir neçə gündən sonra yenidən xidmətinizdəyəm" sözlərini yazıb.
Qeyd edək ki, Namiq uzun müddətdir əsa ilə gəzirdi. O, ayağındakı dəmirlərin bir neçə ay əvvəl çıxarılmalı olduğunu, amma işlərinə görə gecikdiyini açıqlamışdı.

Daha çox xəbər:

"Rəqsanə Rusiyaya gedəndən sonra müğənnilərin yolunu kəsib" - Elgiz
Şou
Bronxogen sistin irinləməsi diaqnozu qoyulan 12 yaşlı uşaq üzərində əməliyyat aparılıb
Səhiyyə
Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyuldu
Şou
Model dəfilə zamanı podiumda yıxılıb öldü - Video
Gündəm
Bakıda saxta 50 və 100 manatlıq tapıldı
Hadisə