Təhsil
05 may 2020
41

Təhsilverənlərin sertifikatlaşdırılmasının test mərhələsində əlilliyi olanlara əlavə vaxt veriləcək

Milliinfo.az

Təhsilverənlərin sertifikatlaşdırılmasının test mərhələsində əlilliyi olanlara əlavə vaxt veriləcək



 Təhsilverənlərin sertifikatlaşdırılmasının test mərhələsində əlilliyi olanlara əlavə vaxt veriləcək


Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə keçirilən sertifikatlaşdırmanın test mərhələsində əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılacaq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında qərarında öz əksini tapıb.

Qərarda qeyd olunur ki, I dərəcə gözdən əlilliyi olan təhsilverənlərə fərdi nəzarətçi təyin ediləcək və onlar üçün test mərhələsinin davametmə müddəti 60 dəqiqə artırılacaq.