Təhsil
19 sentyabr 2020
45
Övladını məktəbə göndərən və göndərməyən valideynlər iltizam imzalayacaq
Milliinfo.az
Azərbaycanda valideynlər pandemiya dövründə məktəbli övladlarında və ya digər ailə üzvlərində tənəffüs yolları şikayətləri, qızdırma, öskürək, nəfəs darlığı, ishal, COVID-19 xəstəliyi ilə bağlı hər hansı şikayətlər olduqda, övladını məktəbə gətirməməsi və bu vəziyyətlə bağlı məktəb rəhbərliyinə məlumat verməsi haqqında iltizam imzalayacaq.“Report” xəbər verir ki, özündə və ya yaxınlarında xəstəlik simptomları olan təhsilalanların müəyyən olunmuş dövr ərzində məktəbdə keçirilən əyani dərslərə gəlməməsi barədə bütün təhsilalanların valideynləri (qanuni nümayəndələri) ilə iltizam forması imzalanır.
Həmçinin valideyn pandemiya dövründə övladının ümumi təhsil müəssisəsinə gəlməsini onun səhhəti üçün təhlükəli hesab etdiyi halda, onun teledərslərə baxmasını, virtual dərslərdə iştirakını, müəllimləri tərəfindən verilmiş tapşırıqların vaxtında yerinə yetirməsini və eləcə də müstəqil öyrənməsini təmin edəcəyi barədə yazılı öhdəlik götürür.
Daha çox xəbər:
Şagirdlərin sayını artırmaq üçün 15 qoyun məktəbə qəbul edilib-ŞOK QƏRAR
DünyaEvdə müalicə olunan koronavirus xəstələrinə XƏBƏRDARLIQ
Cəmiyyət / SosialAzərbaycanda 10 yaşdan yuxarı qızlar məktəbdən yayındırılır? - VİDEO
HadisəBakının nəqliyyat sektorunda çalışanlar pandemiya dövründə işsiz qalmayıb
Cəmiyyət / SosialTəhsil müəssisələrində pandemiya dövründə tibbi xidmət necə qurulmalıdır?
Gündəm / Cəmiyyət / Sosial / Təhsil