Video
13 sentyabr 2021
95
Azərbaycan polisi Gorus-Qafan yolunda - VİDEO
Azərbaycan ordusu Qubadlıda sərhəd demarkasiyası apardıqdan sonra Ermənistanın ərazisində qalan Şurnux kəndi tarixi sahibinə qayıtdı.
Bu hadisə 2021-ci ilin yanvar ayının əvvəllərinə təsadüf edirdi, Şurnux kəndinin qaytarılması isə Azərbaycan ordusunun Gorus-Qafan yolunun 21 kilometr zolağına nəzarət etməsi ilə nəticələndi.
Bu gün Gorus-Qafan yolunda Azərbaycan hərbçiləri ilə yanaşı, Azərbaycan polisi də xidmət edir, artıq polis postu qurulub.
Azərbaycan Daxili İşlər Nazirliyi bildirib ki, xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur.
Azərbaycan polisi Gorus-Qafan yolunda növbətçilik çəkir, Çevik Polis Alayı da əraziyə cəlb olunub.
Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən deyə bilərik ki, Azərbaycan polisi başında dəbilqə, əynində zirehli gödəkçə, əlində silah xidmət aparır.
Həmin videogörüntünü təqdim edirik:
Daha çox xəbər: