Gündəm / Hadisə
22 fevral 2024
0

Ağdam ata 4 il əvvəl qızını öldürüb, həyətdə basdırıb - Video


Ağdamda ata 4 il əvvəl qızını öldürərək, öz evinin həyətyanı sahəsində basdırıb.

Hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl 1996-ci il təvəllüdlü Nərgiz Şikar qızı Nəcəfovanı qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib basdırılan şəxsin meyiti axtarılır.(Trend)

Faktla bağlı araşdırmalar aparılır.