Gündəm / Hadisə
01 iyun 2024
0

Rusiyalı nazir qəzaya düşdü - Vəziyyəti ağırdır

Rusiyalı nazir qəzaya düşdü - Vəziyyəti ağırdır

Rusiyanın Kamçatka diyarının səhiyyə naziri Aleksandr Qaşkov Naçiki qəsəbəsindən Bolşeretska gedən yolda qəzaya düşüb.

Bu barədə regional hökumət məlumat yayıb.

Bildirilib ki, Qaşkov da daxil olmaqla yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər rayon xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. Onun qabırğaları və çanaq sümüyü sınıb.

Qeyd edildiyi kimi, avtomobillərdən birində Qaşkovla yanaşı səhiyyənin inkişafı şöbəsinin rəis müavini Denis Fedotov da olub.

İlkin məlumata görə, qəzaya səbəb avtomobilin qarşı zolağa çıxaraq digər maşınla toqquşması olub. Hadisə yerinə yol polisi çağırılıb.