Gündəm / Dünya
05 iyun 2024
0

“Onun çıxışı vəziyyəti dəyişdirəcək”

“Onun çıxışı vəziyyəti dəyişdirəcək”

İyunun 9-da müxalif “Vətən naminə Tavuş” hərəkatı İrəvanın Respublika meydanında böyük mitinq keçirəcək.

Bu barədə məlumatı Ermənistanın “Священная борьба” teleqram kanalı yayıb. 

Mitinqin yerli vaxtla 18:30-da başlayacağı bildirilir. 

“Bu bizim qələbəmiz üçün həddindən artıq vacibdir. Həmin gün Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan vəziyyəti dəyişdirəcək, vacib nitq söyləyəcək”, - deyə məlumatda qeyd olunub.