Gündəm / Cəmiyyət
17 avqust 2024
0

Ukrayna Kurskdakı körpünü HİMARS-la vurdu

Ukrayna Kurskdakı körpünü HİMARS-la vurdu

Ukrayna Kursk vilayətində Seym çayı üzərindəki körpünü dağıtmaq üçün Qərb raketlərindən istifadə edib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram kanalında yazıb.

“İlk dəfə Kursk bölgəsi Qərb istehsalı olan raket buraxılış sistemləri, ehtimal ki, ABŞ-ın HİMARS raketləri ilə vurulub. Hücum nəticəsində Qluşkovo rayonunda Seym çayı üzərindəki körpü tamamilə dağılıb. Təxliyə edilən mülki əhaliyə yardım edən könüllülər həlak olub”, - Zaxarova bildirib.