Gündəm / Cəmiyyət
17 avqust 2024
0

Bakının bütün ərazilərinə suyun verilməsi bərpa olundu

Bakının bütün ərazilərinə suyun verilməsi bərpa olundu

Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinin yekunlaşmasından sonra ərazilərə suyun qrafikə uyğun verilməsi tam bərpa olunub.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinə görə paytaxt ərazisinə suyun verilməsində bir neçə gün idi problemlər yaşanırdı.