Gündəm
19 avqust 2024
0

Rusiya Prezidenti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

Rusiya Prezidenti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Fəxri xiyabana gələrək xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.