Gündəm / İdman
20 avqust 2024
0

“Qarabağ”ın oyununu TRT də canlı yayımlayacaq

“Qarabağ”ın oyununu TRT də canlı yayımlayacaq

Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsi çərçivəsində “Qarabağ” Xorvatiyada Zaqreb “Dinamo”su ilə üz-üzə gələcək.

Oyunu Azərbaycanın “CBC Sport” telekanalı ilə yanaşı “TRT1” kanalı da canlı yayımlayacaq.
Ətraflı

Belə ki, Türkiyənin dövlət kanalı ilk dəfə olaraq Çempionar Liqasında Azərbaycan komandasının oyununu canlı yayımlamış olacaq.

“Maksimir” stadionunda keçiriləcək qarşılaşma saat 23:00-da start götürəcək.

Qeyd edək ki, cavab oyunu avqustun 28-i saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.