Gündəm / Hadisə
20 avqust 2024
0

BMV “06” ilə toqquşdu: ölən var

BMV “06” ilə toqquşdu: ölən var

İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol qəzası olub.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

İsmayıllı şəhərində avqustun 20-də saat 14 radələrində BMV və VAZ-2106 markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, 1953-cü il təvəllüdlü Məhəmməd Abdul oğlu Rəhimov hadisə yerində ölüb, digər avtomobilin sürücüsü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.